Yenə spirtli içkidən 3 nəfər öldü

araq (1)

 

Rusiyanın Sankt-Peterburq şəhərində 3 nəfərin spirtli içkidən zəhərlənməsi ilə bağlı cinayət işi açılıb.

Gununsesi.info-nun RİA Novosti-yə istinadən verdiyi məlumata görə, Sankt-Peterburqda yaşayış olmayan binada iki kişi və bir qadının meyiti aşkar olunub.

Aparılan istintaq nəticəsində onların spirtli içkidən zəhərləndiyi məlum olub.

Daha öncə Rusiya KİV-lərində həmin şəxslərin şüşə təmizləyici maddə içərək zəhərləndiyini barədə məlumat verilmişdi.

Xatıraladaq ki, ötən ilin sonunda İrkutsk keyfiyyətsiz spirtli içkidən 76 nəfər həyatını itirmişdi.

 

Gunxeber.com

XƏBƏR LENTİ

Copyright © 2017 Gunxeber.com