“Yaşayış minimumu iki dəfə çox olmalıdır”

122800179153

Normal indikatorlarla hesablanma aparsalar, yaşayış minimumu indikindən azı 2 dəfə artıq olmalıdır, deyə iqtisadçı Natiq Cəfərli hesab edir.

Turan-ın məlumatına görə, o, qeyd edib ki, ölkədə yaşayış minimumu hesablanma qaydaları sovet dövründən qalıb.

«İndikatorları dəyişmirlər, rəqəmlər iqtisadi deyil, siyasidir. Əgər normal indikatorlarla hesablanma aparsalar, yaşayış minimumu indikindən azı 2 dəfə artıq olmalıdır, o zaman isə ölkədə minimum pensiya, minimum əmək haqqı da buna uyğun artırılmalıdır», deyə o bildirib.
2017-ci il üçün yaşayış minimumu ölkə üzrə 155 manat, əmək qabiliyyətli əhali üçün 164,5 manat, pensiyaçılar üçün 130,2 manat, uşaqlar üçün 136,6 manat məbləğində müəyyən edilib.

Qeyd edək ki, yaşayış minimumu minimum istehlak səbətinin dəyəri və icbari ödənişlərin cəmindən ibarət olan sosial normadır.

 

Gunxeber.com

XƏBƏR LENTİ

Copyright © 2017 Gunxeber.com