“Xarici iş adamı bu xəbəri eşitsə, pozan götürüb ölkəni öz investisiya xəritəsindən silər!”

103326307-491647668-530x298-300x169

Davam edən MTN işində 160-dan çox vətəndaş zərərçəkən kimi tanınıb. Əksəriyyət də iş adamlarıdır, bunlar hələ çəkinməyərək məhkəməyə müraciət edənlərdir, çox güman, zərərçəkənlərin sayı reallıqda bu rəqəmdən dəfələrlə çoxdur. İllərdir tək bir nazirlik iş adamlarını söküb-çevirirmiş, ölkədə isə 44 nazirlik və dövlət komitəsi, və bunlardan 15 orqanın biznesin işinə birbaşa müdaxilə etmək səlahiyyəti var. Siz özünüz təsəvvür edin ki, illərdir biznes nə şəraitdə çalışırmış. Sonra da, “ölkəyə niyə investor gəlmir”, deyə şikayət edirlər.

1443438170_natiq-ceferli“AzPolitika”nın məlumatına görə, bu barədə iqtisadçı Natiq Cəfərli sosial şəbəkədə yazıb. Ekspert qeyd edir ki, Vergi Məcəlləsinə edilən dəyişikliklər biznesə çox pis mesajdır:
“Digər bir fakt: Bir gündə Vergi Məcəlləsinə 200-dən çox dəyişiklik qəbul etdilər, bunun 150-si yeni maddələrdir. İş adamları, biznes ilə müzakirə olmadı, bu bir qırağa, dəyişikliklərin mahiyyətini belə izah etmədilər. Hər hansı bir xarici iş adamı, “Azərbaycanda Vergi Məcəlləsinə 200 dəyişiklik edildi”, xəbərini eşitsə, pozan götürüb ölkəni öz potensial investisiya xəritəsindən silər!
Vergi Məcəlləsində yüzlərlə maddə olmaz, bu biznesə çox pis mesajdır. Bu yanaşma ilə islahat aparan ölkə olmur, ola bilməz də, olsa-olsa multfilm olar…”

 

Gunxeber.com

XƏBƏR LENTİ

Copyright © 2017 Gunxeber.com