Valyuta hərracı başa çatdı – Dollar bahalaşır

dollar3-640x412

12 yanvar 2017-ci il tarixində Mərkəzi Bankda Dövlət Neft Fondunun da iştirakı ilə yeni formatda hərrac keçirilmişdir.

“Marja”nın əldə etdiyi məlumata görə, hərrac birtərəfli valyuta satışı formasında və rəqabətli qaydada keçirilmiş və sifarişlər ən yüksək qiymətdən ən aşağı qiymətə doğru təmin edilmişdir.

Hərracda manatın orta çəkili məzənnəsi 1.7867 səviyyəsində formalaşmışdır.
Qeyd edək ki, bu gün rəsmi məzənnə 1.7742 manat səviyyəsində olub.

 

Gunxeber.com

XƏBƏR LENTİ

Copyright © 2017 Gunxeber.com