Ucar Reyestr Xidmətinin müdhiş qanunsuzluqları – Şikayət

1473453622_0

 

Ucarın Bərgüşad kənd sakini hüquqlarının pozulduğunu bildirib.

Bu barədə Politika.Az-a Vasif Ədilov Səməd oğlu tərəfindən ünvanlanan şikayət məktubunda qeyd olunub.

Onun sözlərinə görə, qanunu qaydada Bərgüşad bələdiyyəsindən torpaq alıb. İndi üstündə tikdiyi evi əlindən qanunsuz olaraq almaq istəyirlər. 

“Evimin yerləşdiyi torpağın kənd sakini İbrahimova Mətanət Tofiq qızına məxsus olduğu iddia olunur. Ancaq mən həmin 00,6 hektar torpağı 07 aprel 2014-cü il tarixdə Ucar rayon Bərgüşad kənd bələdiyyəsindən qanunu qaydada rüsum ödəyib almışam. 

Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Ucar rayon şöbəsinin rəyi var ki, həmin torpaq bələdiyyənin mülkiyyətidir. Bundan sonra zülm-əziyyətlə inşaat materialları alıb ev tikdirmişəm. 4 nəfərlik ailəmlə həmin kasıb komamda yaşayırıq. 

Bu qatı qanunsuzluq və Allahsızlıqdır ki, kimsə rüşvət verib saxta qətnamə çıxartdırmağa nail olub, qanunu əmlakımı sökdürüb torpağıma sahib olsun. 

Guya həmin 00,6 hektar torpaq sahəsi 1998-ci il tarixdə əmlak payı olaraq İbrahimova Mətanət Tofiq qızına verilib. Bu tam saxtakarlıqdır. Mətanətin atası Tofiq İbrahimov imkanlı şəxsdir, pul gücünə saxta rəylər və məhkəmə qətnamələri çıxartdırmağa nail olur. 

Tofiq İbrahimov hazırda yaşadığı böyük villanın yerləşdiyi torpaq onun tərəfindən zəbt edilib. Həmin torpağın sənədləri yoxdur. Bu fakt onun özbaşına adam olduğunu subut edir”,-deyə V.Ədilov bildirib.

Şikayətçi deyib ki, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 16 saylı Ərazi Xidmətinin və Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin Ərazi Şöbəsinin rəhbərləri ilə əlbir olan Tofiq İbrahimov məhkəməyə təqdim edilməsi üçün saxta rəylər alıb ki, bu faktlar yerində bizim iştirakımızla yoxlanılmalıdır:
“Bunların başında isə o idarələrin rəhbər işçiləri Pəhləvan Gülaliyev və İsmayıl Şirinov kimi rüşvətxor saxtakarlar dayanır. Dörd rayon Ucar, Göyçay, Zərdab və Kürdəmir rayonlarına baxan bu işi idarə öz rüşvətxor, saxta əmələri ilə camaatı boğaza yığıblar. 

30 sentyabr 2016-cı il tarixdə Əmlak Məsələləri üzrə Dövlət Komitəsinin sədri Kərəm Həsənov qonşu Zərdab rayonunda Ucar, Zərdab, Göyçay və Ağcabədi rayon sakinlərini qəbul edəcək. 

Bizdə ailəlikcə həmin günü Kərəm Həsənovun qəbuluna gedəcəyik”. İmkan verməyin evimizi əlimizdən alıb iki azyaşlı körpə ilə çöllərdə qalaq.Xahiş edirəm tədbir görəsiniz. Ümüdümüz Allaha və Sizədir”.

XƏBƏR LENTİ

Copyright © 2017 Gunxeber.com