“Türkiyə xalqının yanındayıq” - Novruz Məmmədov

1483282842_1467787229

 

“Biz terrorla mübarizədə həmişə Türkiyə xalqının yanındayıq”.

BakiPost.az xəbər verir ki, bunu İstanbulda törədilən terror aktına münasibət bildirən Azərbaycan Prezident Administrasiyasının rəhbərinin müavini, Xarici əlaqələr şöbəsinin rəhbəri Novruz Məmmədov özünün “twitter” hesabında yazıb.

N. Məmmədov bildirib ki, bu hadisə bayram şənliyi zamanı insanlığa qarşı törədilmiş qanlı terror aktıdır.

Qeyd edək ki, bu gecə yerli vaxtla saat 01.15 (Bakı vaxtı ilə 02.15) radələrində naməlum silahlı şəxs İstanbuldakı “Reina” gecə klubuna yaxınlaşaraq, girişdə duran polis əməkdaşını və mülki şəxsi qətlə yetirib, sonra isə içəri daxil olaraq oradakı insanlara atəş açıb. Hücum zamanı gecə klubunda Yeni il bayramını qeyd edən 600-dək insan olub. Nəticədə 39 nəfər ölüb, 65 yaralı var.

 

Gunxeber.com

XƏBƏR LENTİ

Copyright © 2017 Gunxeber.com