Teatrın səhnəsində “Şair ayı” (FOTO)

91559Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrı 85-ci teatr mövsümünə start verir.

Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrı 85-ci teatr mövsümünə start verir. Yeni mövsümdə hazırlanacaq tamaşalar və digər planlar barədə Teatrın direktoru, UNİMA Azərbaycan Milli Mərkəzinin prezidenti Rəşad Əhmədzadə ANS PRESS-ə ətraflı məlumat verdi. O, yeni mövsümdə qarşıdakı gərgin iş planını açıqladı:
Bu ilin 15-20 noyabr tarixlərində Bakıda baş tutacaq “Cırtdan” III Beynəlxalq Kukla Teatrları Festivalı barədə məlumat verən R. Əhmədzadə dünyanın məşhur kukla teatrları və mütəxəssislərinin iştirak edəcəyi festivalın təntənəli açılışı üçün hazırlıq işlərinə başlanıldığın bildirdi: “Dünyanın kukla teatrı mütəxəssislərinin diqqət mərkəzində olan bu teatr bayramının rəngarəng proqramı var və düşünürəm ki, öncəki iki festivalda olduğu kimi Azərbaycan tamaşaçıları bu tədbiri də əsl bayram ovqatında qarşılayacaqlar. Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı, UNİMA Beynəlxalq Kukla Teatrları Assosiasiyasının dəstəyi ilə təşkil olunacaq bu möhtəşəm tədbirə ev sahibliyi edən teatrımızın da qonaqlara özünəməxsus sürprizləri olacaq. rəngarən açılış proqramı ilə yanaşı sırf festival üçün nəzərdə tutulan tamaşamızı da teatrsevərlərə təqdim edəcəyik”.

Mövsümə 18 sentyabr – dahi bəstəkar Üzeyir Hacıbəylinin anadan olması və Musiqi günü münasibətilə onun məşhur “O olmasın, bu olsun” tamaşası ilə (saat 14, 16, 18.00) start veriləcəyini deyən direktor ilin sonunadək təhvil veriləcək tamaşalar barədə də ətraflı məlumat verdi: “Bu ilin sonunadək iki tamaşanı təhvil verməyi düşünürük. Bunlar teatrın baş rejissoru Qurban Məsimovun quruluş verəcəyi “Qırmızıpapaq” və teatrın gənc rejissoru Anar Məmmədovun hazırlayacağı “Bədheybət və gözəl” tamaşalarıdır”.

Bundan başqa, İngiltərədən dəvət olunacaq rejissorun quruluşunda “Şair ayı” tamaşasını da iş planında olduğunu bildirən direktor hazırda həmin rejissorla danışıqlar aparıldığını dedi.


Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrı

XƏBƏR LENTİ

Copyright © 2017 Gunxeber.com