Təhsil Nazirliynin bu kollecdən xəbəri varmı?

kolec0

 

Ağdam Dövlət Sosial-İqtisadi Kollecində tələbə, ya da müəllim görən “möcüzə” ilə rastlaşdığını düşünür

Ağdam Dövlət Sosial-İqtisadi Kollecində demək olar ki, dərs keçilmir. Kollecin direktoru Natiq Cavadov Təhsil Nazirliyinin Daxili Nəzarət Şöbəsinin Qarabağ üzrə regional idarəsinin müdiri Məhəmməd Aslanovla əlbir olaraq, həm kollecin müəllimlərindən, həm də tələbələrindən rüşvət alaraq onların kollecə gəlməməsinə izn verir.

Azərbaycan təhsilindəki neqativ problemlər və rüşvət bəlası barədə mətbuatda hər zaman yazılar dərc olunur. Bir neçə il əvvəl Təhsil Nazirlinin rəhbərliyi dəişsə də, təhsildəki rüşvət problemi öz həllini tapmır. Qeyd edək ki, Azərbaycan dövləti postsovet ölkələr arasında təhsilə ən çox pul ayırır və təhsilin problemlərini ən çox diqqət mərkəzində saxlayır. Buna baxmayaraq rüşvət və korrupsiyanın təhsildə tüğan etməsi təhsilimizin inkişafını əngəlləyir və ölkə rəhbərliynin bu sahəyə ayırdığı diqqət puça çıxır.

Məsələnin ilginc tərəflərindən biri də odur ki, məhz Təhsil Nazirliyində çalışan bəzi məmurlar yerlərdə təhsil müəssisələrinin rəhbərləri ilə əlbir olaraq gənclərimizin normal təhsil almalarına qarşı sanki sipər olurlar. Nümunə olaraq Ağdamdan AzMedia.info-ya daxil olan məlumatı göstərə bilərik.

Ağdamdan Ağdam Dövlət Sosial-İqtisadi Kollecindəki bərbad təhsil barədə AzMedia.info-nun elektorn poçtuna ünvanlanan şikayət məktubunda qeyd olunur ki, kollecin direktoru Natiq Cavadov Təhsil Nazirliyinin Daxili Nəzarət Şöbəsinin Qarabağ üzrə regional idarəsinin müdiri Məhəmməd Aslanovla əldir şəraitdə çalışaraq dövlətin təhsil müəssisəsini özlərinə şərikli biznes yaradıblar. Belə ki, şikayətçilər bildirir ki, Ağdam Dövlət Sosial-İqtisadi Kollecində demək olar ki, dərs keçilmir. Natiq Cavadov həm kollecin müəllimlərindən həm də tələbələrindən rüşvət alaraq onların kollecə gəlməməsinə izn verir.

Məsələ ilə bağlı Ağdamda apardığımız araşdırma zamanı isə məlum oldu ki, şikayətçilər tamamilə haqqlıdırlar. Dərs saatnını olmasına baxmayaraq kollecə yollandığımız zaman burda heç kimlə rastlaşmadıq. Kollec bom-boşdu. Açığı suallarımızı ünvanlamaq üçün kollecdə heç kimi tapa bilmədik. Ətrafdakı insanlara verdiymiz sualların cavabı isə bizi sadəcə olaraq mat qoydu. Ağdamlılar elektron poçtumuza daxil olan məlumatları daha biabırçı bir şəkildə təsdiqlədilər.

Belə ki, təsdiqlənən məlumata görə Ağdam Dövlət Sosial-İqtisadi Kollecinnin direktoru Natiq Cavadov bütün tələbələrdən semestr arası 500-700 manat arası alaraq onların semestr boyu təhsildən yayınmalarına icazə verir. Eyni vəziyyət müəllimlərlə də bağlı da qüvvədədir. Bizə bildirdilər ki, kollecin müəllimlərinin əksəriyyəti demək olar ki, bura ildə bir ya da iki dəfə gəlirlər. Çoxusu isə Bakıda müxtəlif sahələrdə çalışırlar.

Bu qanunsuzluğu isə təbii ki, direktor təkbaşına edə bilməzdi. Bizə bildirdilər ki, Natiq Cavadovun bu işdə “biznes ortağı” Təhsil Nazirliyinin Daxili Nəzarət Şöbəsinin Qarabağ üzrə regional idarəsinin müdiri Məhəmməd Aslanovdur. Belə ki, Natiq Cavadov hər ay təyin olunmuş tarixdə Məhəmməd Aslanova içində bəlli miqdarda pul olan zərf yollayır. Bunun müqabilində isə Məhəmməd Aslanov Natiq Cavadovun “qoruyucu mələyinə” çevrilir. Təhsil Nazirliynə edilən şikayətlər birbaşa Məhəmməd Aslanova ünvanlandığı üçün, cənab Aslanov rahatca Nazirliyə məlumat verir ki, şikayət əsassızdır və kollecdə təhsil proqramma uyğun şəkildə aparlır. Halbuki kollecdə tələbə, ya da müəllim görən “möcüzə” ilə rastlaşdığını düşünür.

Qeyd edək ki, Təhsil Nazirliyi bizim nə qədər haqqlı və yaxud haqqsız olduğumuzu bilmək istəsə, zəhmət çəkib Ağdama gələ bilərlər. Amma xahiş edirik əvvəlcədən Məhəmməd Aslanovu xəbərdar etməsinlər. O zaman onlar görəcəklər ki, Ağdam Dövlət Sosial-İqtisadi Kollecində səssizlikdən qulaq tutulur və burda nə insdən, nə də cinsdən əsər əlamət yoxdur. Birdə Nazirlik kollecin maliyyə vəsaitlərini necə xərcləməsini də yoxlasa, yerinə düşər. Çünki kollecdə böyük korupsiyanın döndüyünə şübhə yoxdur.

Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.

 

Gunxeber.com

XƏBƏR LENTİ

Copyright © 2017 Gunxeber.com