“Sumqayıtda etiraz edənlər Neft Şirkətinin əməkdaşları deyil”

174876_res_01

 

Bu gün səhər saatlarında Sumqayıtda, Karbamid zavodunun ərazisində əmək haqqlarının gecikməsinə görə etiraz edən işçilər Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) işçiləri deyil. Həmin işçilər Cənubi Koreyanın “Samsung Engineering Co. Ltd.” şirkətinin podratçılarından birinin işçiləridir.

Bu barədə “Report”a SOCAR-dan bildirilib.

Qeyd olunub ki, SOCAR öz öhdəliklərini çoxdan yerinə yetirib: “Bizə bildirilib ki, artıq işçilərin noyabr ayı və dekabr ayı üçün əmək haqqları tam ödənilib”.

Qeyd edək ki, etiraz edən işçilər “Atilla” şirkətinin əməkdaşlarıdır. Hadisəyə yaxın şəxsin bildirdiyinə görə, dünən işçilərə noyabr və dekabr ayı üçün əmək haqqının bu gün saat 11-dən başlayaraq veriləcəyi bildirilib. Lakin işçilər bu saatı gözləmədən saat 8-də etiraz etməyə başlayıblar. Artıq əmək haqları işçilərə vəd olunan saatda verilib.

 

Gunxeber.com

XƏBƏR LENTİ

Copyright © 2017 Gunxeber.com