SOCAR-ın ziyanla işləyən müəssisələri – Rövnəq Abdullayev milyonları niyə batırır?

SOCAR son 5 ildə birgə və törəmə müəssisələrə investisiyaları 617 milyon manatdan 6 milyard 9 milyon manatadək artıb

1481348129_maxresdefaultÖlkəmizin hasilat sənayesində dövlətin iştirakı Azərbaycan Respublikası Dövlət Neft Şirkəti, qısaca SOCAR vasitəsi ilə təmin edilir. Hazırda SOCAR–ın 100 faiz səhmləri dövlətə məxsusdur və o bütün Hasilatın Pay Bölgüsü Sazişləri üzrə tərəfdaş kimi iştirak edir. SOCAR ölkə ərazisindəki neft və qaz yataqlarının kəşfiyyatı və işlənməsi, neft və qazın hasilatı, emalı, neft–qaz və neft–kimya məhsullarının daxili və xarici bazarlarda satışı ilə məşğul olan neft şirkətidir.

 Şirkətin Bakı şəhəri də daxil olmaqla respublikanın bir çox rayonunda (işğal olunmuş rayonlar istisna olmaqla) müəssisələri və dünyanın 22 ölkəsində treydinq ofisləri, nümayəndəlikləri fəaliyyət göstərir. SOCAR, həmçinin, respublikamızda idman yarışından tutmuş, məktəb, xəstəxana, heykəl, park, partiya binasının tikintisinədək hər işlə məşğul olur. Baxmayaraq ki, SOCAR bir dövlət müəssisəsidir və xərclədiyi hər manata görə Azərbaycan xalqına hesabat verməyə borclu olan bir şirkətdir.

Hazırda SOCAR-ın tərkibində 3 istehsalat birliyi, 1 neft və 1 qaz emalı zavodu, Dərin Özüllər Zavodu, 2 trest, 1 institut daxil olmaqla hüquqi şəxs statusuna malik 23, qeyri-hüquqi şəxs statusuna malik 4 qurum fəaliyyət göstərir. Bundan başqa SOCAR-ın tabeliyində törəmə, birgə müəssisələr, şirkətlər var.  SOCAR-ın internet səhifəsindəki məlumata görə, şirkət 36 birgə müəssisə və 5 Alyansın yaranmasında paya malikdir. Amma yeni müəssisələrin yaradılması və bəzi müəssisələrin bağlanması səbəbindən bu rəqəm hər il dəyişir. Yeni yaradılan müəssisələrə isə əlavə investisiya yatırılır. İndiyədək dövlət tərəfindən SOCAR-a maliyyə vəsaitlərinin ayrılması isə daha çox nizamnamə kapitalı və ya kredit ayırmaları vasitəsi ilə həyata keçirilir. 2014-cü il ərzində Hökumət tərəfindən SOCAR-ın nizamnamə kapitalına edilən əlavə ödəniş məbləği 178 milyon AZN olub.

Hasilat çoxaldıqca yeni yaradılan müəssilərin sayı da artıb

 

SOCAR-ın təsisçiliyi ilə yaradılan birgə, asılı və törəmə müəssisələrin sayı da ildən-ilə dəyişib. SOCAR-ın illik hesabat məlumatlarına əsasən, 2004-cü ildə ARDNŞ tərkibində 70-ə yaxın müəssisə olan 2 istehsalat birliyi, 3 idarə və 3 zavod olub. Həmin il ARDNŞ və xarici şirkətlərin təsisçiliyi ilə yaradılan 16 birgə müəssisə, 7 alyans, 16 əməliyyat şirkəti fəaliyyət göstərib.

2005-ci ildə ARDNŞ-ə məxsus 2 İstehsalat Birliyinin tərkibindəki müəssisələr 70-dən 42-dək azalsa da, qurum 5 idarə və 3 zavodla fəaliyyətini davam etdirib. Həmin il ARDNŞ və xarici şirkətlərin təsisçiliyi ilə yaradılan 16 birgə müəssisə, 6 alyans, 14 əməliyyat şirkəti fəaliyyət göstərib.

2006-ci ildə digər qurumların tərkibində dəyişiklik olmasa da, ARDNŞ-in  birgə müəssisələrin sayı 25-ə çatıb. Həmin il Azərbaycanın hasilat sektorunda 12 əməliyyat şirkəti,  6 alyans işləyib.

2007-ci ildə layihələrdə  29 birgə müəssisə, 13 əməliyyat şirkəti, 5 alyans fəaliyyət göstərib. 2008-ci ildə əməliyyat şirkətləri və alyansların sayında dəyişiklik olmasa da, birgə müəssisələrin sayı 32-yə çatıb. Bundan sonrakı illərdə də qurumun tərkibindəki birgə müəssisələrin sayı artıb. 2009-cu ildə birgə müəssisələrin sayı 34, 2010-cu ildə 33, 2011-ci ildə 37, 2012-ci ildə 36,  2013-cü ildə 34, 2014-cü ildə 36, 2015-ci ildə 33 olub. Əvvəlki illərdə verilməsə də, 2015-ci il hesabatında SOCAR törəmə, birgə və asılı müəssisələrin hər biri ilə bağlı ayrıca məlumat açıqlayıb. Amma bu müəssisələrin heç də hamısı Azərbaycanda fəaliyyət göstərməyib. Daha bir maraqlı məqam ondan ibarətdir ki, SOCAR-ın 2015-ci il üçün illik hesabatında 41 törəmə, 26 birgə, 16 asılı müəssisələrin olduğu qeyd olunursa, həmin il üçün maliyyə hesabatında və SOCAR-ın rəsmi internet səhifəsində fərqli rəqəmlərə rast gəlinir.

Cədvəl 1.

ARDNŞ-in və xarici şirkətlərin təsisçiliyi ilə 2004-2015-ci illərdə layihələr üzrə işlər həyata keçirən birgə müəssisə, əməliyyat şirkətləri və alyansların sayı (Mənbə: SOCAR illik hesabatlar)

 

      Ad

                                                      

                                                           

                                İllər     

                               üzrə           

                                             20042005200620072008200920102011201220132014   2015TörəməBirgəAsılı1Törəmə, birgə və asılı müəssisələr1616252932343337363436413352Əməliyyat şirkətləri1614121313131618181818193Alyanslar766555666755

 

SOCAR-ın offşor zonalarda qeydiyyatdan keçib Azərbaycanda işləyən müssisələri

 

Maraqlıdır ki, SOCAR bu müəssisələr bir çoxunu xaricdə, xüsusən ofşor zonalarda qeydiyyatdan keçirib. Baxmayaraq ki, onların əksəriyyəti hazırda da Azərbaycanda fəaliyyət göstərir. Digər tərəfdən həmin birgə, asılı və törəmə müəssisələrlə bağlı SOCAR-ın illik maliyyə hesabatlarında yetərincə məlumat yoxdur. SOCAR-ın 2011-2015-ci illər üçün illik hesabatlarındakı məlumatlarda 83 müəssisənin adı çəkilir. Həmin müəssisələrdən 39-u Azərbaycanda, 9-u İsvecrədə, 2-si Türkiyədə, 1-i Gürcüstanda,  1-i Polşada, 3-ü Birləşmiş Ərəb Əmirliklərində, 2-si Maltada, 1-i İngiltərədə, 1-i Rumuniyada, 1-i Ukraynada, 2-si Niderland Krallığında, 1-i Panamada və 8-i Kayman adalarında qeydiyyatdan keçirilib. 12 müəssisənin isə harada qeydiyyatdan keçdiyi ilə bağlı hələ ki, hər hansı məlumat əldə edə bilmədik. SOCAR bəzi müəssisələrin gəlirləri, zərəri aktivləri ilə bağlı yarımçıq da olsa məlumat açıqlasa da, 29 müəssisə ilə bağlı hesabatlarda heç bir məlumat verilmir. Həmçinin, Azərbaycanın MHŞT üzrə 2014-cü il hesabatında asılı müəssisə kimi göstərilən bəzi müəssisələr SOCAR-ın hesabatında törəmə və ya birgə müəssisə kimi göstərilib.

Cədvəl 2.

Müəssisələrin (Adlar SOCAR-ın rəsmi hesabatlarında əks olunan formada verilib) gəlir və zərərləri (Xüsusi qeyd edilmiş hallar istisna olmaqla, məbləğlər milyon Azərbaycan Manatı ilə ifadə edilir)

Asılı müəssisələr

 

 

 

 

AdlarTəsis edildiyi ölkəCari Aktiv ləriUzun müddətli aktivləriXalis aktiv ləriQrupun Mülkiyyət payı20112012201320142015Mln. AZNMln. AZNMln. AZNMln. AZNMln. AZNGəlir

 Mənfəət

(Zərər)Gəlir

 Mənfəət

(Zərər)Gəlir

 Mənfəət

(Zərər)Gəlir

 Mənfəət

(Zərər)Gəlir

 Mənfəət

(Zərər)1Azərbaycan Qaz Təchizatı ŞirkətiKayman adaları578--28%1 139-1-1 720-1 842-2154-2Cənubi Qafqaz boru kəməri Hold Co (SCPC Hold Co)Kayman adaları87--10%11--11----3Cənubi Qafqaz Boru kəməriKayman Adaları1231798149010%15753--1747240---4BTC CoKayman Adaları4034533417125%522493--11431651 06016--5Cənub Qaz DəhliziAzərbaycan27019967749%

 ------60---6Electrogas Maltaİsveçrə293--33%-

  

--

  

--

 -

 -

  

--

 -

 7Tankanlagen Mellingen AG (TAMAG)İsveçrə12--33%----3-3-3-8Tanklager Taegerschen AG (TLT)İsveçrə2--21%----1-1-1-9SOGEP AGİsveçrə2--34%----4-5-4-10UBAG AGİsveçrə32--24%----12-12-15111SAPPRO SAİsveçrə5--13%----10-10-11-12SARACO SAİsveçrə17--20%----7-10-14113Cooperatief SaiphNiderland Krallığı73--20%-------(7)--14SOCAR İsveçrə---------------15BTC İnternational İnvestment Co.---------------16BTC Holdings B.V.---------------

 

Birgə müəssisələr

 

 

 

 

AdlarTəsis edildiyi ölkəCari Aktiv ləriUzun müddətli aktivləriXalis aktiv ləriQrupun Mülkiyyət payı20112012201320142015Mln. AZNMln. AZNMln. AZNMln. AZNMln. AZNGəlir

 Mənfəət

(Zərər)Gəlir

 Mənfəət

(Zərər)Gəlir

 Mənfəət

(Zərər)Gəlir

 Mənfəət

(Zərər)Gəlir

 Mənfəət

(Zərər)1Azgerneft MMCAzərbaycan40585940 %4015 

 39124783933252AzfenAzərbaycan2584310560 %8818131221381027022565493Azeri M-İ. Driling FluidsAzərbaycan6964351 %857114 31812139814811155224SOCAR UmidAzərbaycan17531444680 %-(1)-(5)---(4)-(2)5SOCAR AQŞAzərbaycan3352417351 %1456690(19)1161099-76(49)6Azərbaycan RigsAzərbaycan17053670210 %---------137SOCAR Aurora TerminalPanama701589150 %---7-1521968SOCAR FugroAzərbaycan133 51 %    - 1-1419Oil and Gas ProserviceAzərbaycan19--30 %-2---16-3110Caspian Shipyard CompanyAzərbaycan898-20 %222--7385141422411SOCAR KPSAzərbaycan281-50 %4-6-2-5-3-12SOCAR ConstructionAzərbaycan48-97 %-----(1)1--(1)13SarmatiaPolşa2--27 %----------14SOCAR Baglan LLCAzərbaycan114-51 %---(2)2(2)1---15SOCAR CAPEAzərbaycan1416 51 %9(2)-(-)36(5)57-971116SOCAR Foster Wheeler EngineeringAzərbaycan3--65%----9111-6117Ekol Engineering ServicesAzərbaycan79-51%27-18-23212(1)6-18AGRI LNG Project Company SRLRumuniya---33%----------19“SOCAR DALĞIC” MMCAzərbaycan--51 %-------20AzLABAzərbaycan5--50%1-----2-2-21SOCAR KBRAzərbaycan1--51%---------(1)22Atəşgah Sığorta ŞirkətiAzərbaycan33--10 %19(2)--38-36-44-23Caspian GeophysicalAzərbaycan49--45%192--3686-26624Caspian Pipe Coatings LLCAzərbaycan23--50%8-----19665825İnterfax AzərbaycanAzərbaycan4--49%----------26Cross Caspian Oil and Gas LogisticsAzərbaycan3--34%104---89-53-33-

 

Törəmə müəssisələr

 

 

 

 

AdlarTəsis edildiyi ölkəCari Aktiv ləriUzun müddətli aktivləriXalis aktiv ləriQrupun Mülkiyyət payı20112012201320142015Mln. AZNMln. AZNMln. AZNMln. AZNMln. AZNGəlir
Mənfəət

(Zərər)Gəlir

 Mənfəət

(Zərər)Gəlir

 Mənfəət

(Zərər)Gəlir
Mənfəət

(Zərər)Gəlir
Mənfəət

(Zərər)1SOCAR CNGAzərbaycan110-51 %---------(10)2AAS-EkolAzərbaycan31-50 %--------933STYAŞTürkiyə1734629400560 %-------77-(22)4SOCAR Turkey Enerji A.ŞTürkiyə---99.99%-----41----5SOCAR Petroleum QSCAzərbaycan---100%290-519-------6BoşSelf LLCAzərbaycan   90%80270-  ----7Azeri FurgoAzərbaycan---60%1------ --8Azərbaycan John BrownAzərbaycan---50%----2-----9Trans Adriatic Pipeline AG (TAP)İsveçrə---20%-----(8)----10SOCAR UGEAzərbaycan---97%-(2)-(2)------11Star Gulf FZCOBƏƏ--80%--19------12Carlina Overseas Corp.Britaniya---51%--34(14)------13SOCAR İnternational DMCCBirləşmiş Ərəb Əmirliyi---50%1 3338--------14Supra HoldingMalta--50 %26 57224------15AzturqazAzərbaycan---50 %----------16SOCAR Gas İmport ExportAzərbaycan---50 %----------17Bakı Gəmiqayırma zavoduAzərbaycan---65%----------18SOCAR Polymer LLCAzərbaycan---71%----------19Azerbaijan (AÇG) LTDKayman adaları---100%----------20Azerbaijan (Shah deniz) LTDKayman Adaları---100%----------21Caspian Drilling Company (CDC)Azərbaycan--92.4%-------22SOCAR energy Georgia LLCGürcüstan---51%----------23SOCAR Overseas LLCBƏƏ---100%----------24SOCAR Trading HoldingMalta--100%-------25Azerbaijan (BTC) LTDKayman adaları---100%----------26Cooperative Menkent U.A.Niderland Krallığı---99.9%----------27SOCAR Energy Holdings AGİsvecrə--100%-------28SOCAR Energy UkraineUkrayna---100%----------29Azerbaijan (SCP) LTDKayman adaları---100%----------30“Azneftqaztikinti” MMCAzərbaycan--25 %-------31Azəri Drillinq Kompani MMCAzərbaycan---35 %----------32SOCAR STQAzərbaycan436--51 %----------33SOCAR Skyline Holdings---------------34SOCAR Balkans Sarl---------------35SOCAR Rusiya MMC---------------36SOCAR İnvest---------------37SOCAR Assets Company---------------38SOCAR Upstream Menecment İnternational Company---------------39SOCAR Midstream Operation LTD---------------40Polimer Konstrakşn MMC---------------41Super Beton Ltd.---------------

 

MHŞT üzrə 2014-cü il hesabatında da SOCAR-ın müəssiləri ilə bağlı məlumatlar verilib. Həmin məlumatlara görə, 2014-cü il ərzində Qrup asılı müəssisələr olan AzSCP və AzTap müəssisələrinin nizamnamə kapitallarına müvafiq olaraq 55 milyon AZN məbləğində (2013-cü il: sıfır) və 11 milyon AZN (2013-cü il: 33 milyon AZN) məbləğində əlavə vəsaitlər və digər birgə müəssisələrə əhəmiyyətli olmayan vəsaitlər yatırıb. 23 iyul 2014-cü ildə isə Qrup törəmə müəssisəsi olan AzTAP-ı Cənubi Qaz Dəhliz Şirkətinə satıb. Satış tarixi günü TAP-ın balans dəyəri 43 milyon AZN olub. Satışdan əvvəl Qrup, özünün törəmə müəssisəsi AzTap vasitəsilə TAP-ın 20 faizlik payına sahib olub və bu pay 31 dekabr 2013-cü il tarixində asılı müəssisə kimi uçota alınıb.

Bundan başqa 2014-cü ilin martında SOCAR və onun törəmə müəssisələri (“Qrup”) İqtisadiyyat Nazirliyi ilə birlikdə Cənubi Qaz Dəhlizi (CQD) şirkətini təsis edib. Qrup ÇQD-nın nizamnamə kapitalına 38 milyon AZN məbləğində vəsait yatıraraq ÇQD-də 49 faizlik pay əldə edib. Həmin ilin may ayında Qrup 50 milyon AZN məbləğində asılı müəssisəsi olan SOCAR Turkey Yatırım A.S. (“STYAŞ”) şirkətinin əlavə 18,5 faizini əldə edib. Bununla da həmin müəssisənin nizamnamə kapitalına 24 milyon AZN (2013-cü il: 144 milyon AZN).məbləğində əlavə vəsait yönəldib. Eyni zamanda STYAŞ-ın səhmdarları yeni səhmdar razılaşması imzalanıb. Yeni səhmdar razılaşmasına uyğun olaraq Qrupun STYAŞ-da birgə nəzarəti mövcuddur. Bu əməliyyatın nəticəsində Qrup asılı müəssisəni birgə müəssisəyə keçirib.

Bundan əlavə Qrup SOCAR Ümid MMC, Azərbaycan Rigs MMC və STYAS birgə müəssisələrin nizamnamə kapitalına, Müfaviq olaraq 40 milyon AZN ( 2013-cü il, 84 milyon AZN) 14 AZN (2013-cü il, 19 milyon AZN) və 192 milyon AZN məbləğində əlavə vəsaitlər, eləcə də digər birgə müəssisələrə, əhəmiyyətli olmayan vəsaitlər yatırıb.

MHŞT Hesabatı müddətində hökumət və SOCAR arasında benefisiar sahiblik səviyyəsində heç bir dəyişiklik baş verməyib.

Zərərlə işləyən müəssisələrə yatırılan investisiyalar hər il artır

Yuxarıdakı cədvəldən də göründüyü kimi birgə, asılı və törəmə müəssisələrin əksəriyyəti gəlirlə işləmir. SOCAR-ın illik maliyyə hesabatlarında haqqında məlumat açıqlanan 56 müəssisədən 20-si heç bir gəlir gətirmir. Onlardan bir neçəsi isə uzun illərdir zərərlə işləyir. Buna baxmayaraq SOCAR hər il bu müəssisələrə əlavə investisiya yatırmaqda davam edir. Özü də bu investiyalar hər il artmaqdadır. Aşağıdakı cədvəldən də görünür ki, əgər SOCAR 2010-cu ildə birgə müəssisələrə 266 milyon manat investisiya yönəldibsə, 2015-ci ildə bu rəqəm 3 171 milyon manat olub. Asılı müəssisələrə yatırılan investisiyalar da 351 milyon manatdan 2 838 milyon manatadək artıb.

Cədvəl 3.

SOCAR-ın illik maliyyə hesabatları məlumatlarına əsasən  İnvestisiya fəaliyyəti üzrə pul vəsaitlərinin hərəkəti (Xüsusi qeyd edilmiş hallar istisna olmaqla, məbləğlər milyon Azərbaycan Manatı ilə ifadə edilir)

Ad

                                                         

                                                        İllər üzrə           

                                                mənfəət/(zərər)

 2010

Mln. AZN2011

Mln. AZN2012

Mln. AZN2013

Mln. AZN2014

Mln. AZN2015

Mln. AZNmənfəət/

(zərər)mənfəət/

(zərər)mənfəət/

(zərər)mənfəət/

(zərər)mənfəət/

(zərər)mənfəət/

(zərər)1Birgə müəssisələrə investisiyalar2663934385461 1273 1712Asılı müəssisələrə investisiyalar3511 1861,1651 3281 2802 8383Asılı və birgə müəssisələrin maliyyə nəticələrində pay99174(200)(225)(329)(474)4Törəmə müəssisələrin əldə edilməsi (əldə edilmiş pul vəsaitlərini çıxmaqla), birgə əməliyyatlarda əlavə payın əldə edilməsi, asılı və birgə müəssisələrə əlavə qoyuluş5(467)(302)(321)(438)(1504)5Asılı müəssisələrin satışından daxilolmalar-592129343-6Əsas vəsaitlərin alınması(1 420)(1 863)(2 081)(2 502)(2 435)(1 625)7Qeyri-maddi aktivlərin alınması(11)(14)(40)(53)(40)(22)        

 

SOCAR–ın strateji inkişaf məqsədlərində xarici bazarlarda fəaliyyətin genişləndirilməsi, məhsuldar beynəlxalq əlaqələrin qurulması və beləliklə, Azərbaycanın beynəlxalq arenada nüfuzunu yüksəldilməsi də öz əksini tapıb. SOCAR və onun struktur bölmələrinin təsisçiliyi ilə xarici ölkələrdə də çoxsaylı törəmə müəssisələr yaradılıb və 12 nümayəndəlik fəaliyyət göstərir. Amma SOCAR-ın Azərbaycanla yanaşı, xarici ölkələrdəki fəaliyyətindən də əldə etdiyi gəlirlər 2014-cü ildən etibarən azalmaqdadır.

Cədvəl 4.

SOCAR-ın illik maliyyə hesabatları məlumatlarına əsasən hər bir ayrıca ölkə üzrə əhəmiyyətli olan gəlirlər aşağıdakı cədvəldə göstərilir: (Xüsusi qeyd edilmiş hallar istisna olmaqla, məbləğlər milyon Azərbaycan Manatı ilə ifadə edilir)

Ölkə    

                  

                    İllər üzrə gəlir2011

mln AZN2012

mln AZN2013

mln AZN2014

mln AZN2015

mln AZN1Azərbaycan4 1414 4014 3304 6814 6292İsveçrə-3 33230 68731 00723 8473Türkiyə1 8491 9072 2222 1962 5714Birləşmiş Ərəb Əmirliyi1 3246 5672466919485Gürcüstan6796276356807486Sair140305313419360

 

Yəqin bu səbəbdən SOCAR prezidentinin 09 dekabr 2015–ci il tarixli  əmrinə əsasən SOCAR–ın Türkiyə, Almaniya, Rumıniya, Ukrayna, İsveçrə, Gürcüstan və ABŞ nümayəndəliklərinin maliyyələşdirilməsi 01 yanvar 2016–cı ildən dayandırılıb.

SOCAR-ın hesabatlılığı MHŞT standartına cavab vermir

Məsələyə münasibət bildirən iqtisadçı-ekspert, Çoxtərəfli Qrup üzvü Qubad İbadoğlunun sözlərinə görə, Azərbaycanın MHŞT standartına uyğun son bir ildə qiymətləndirməsi SOCAR-ın bu prosesdəki iştirakı ilə bağlı ciddi problemlərin olduğunu bir daha üzə çıxardı: “Azərbaycanın MHŞT üzrə 2014-cü il  hesabatı əvvəlki illərlə müqayisədə daha əhatəli olsa da, bu da yetərli deyil. 2014-cü il hesabatı üzərində aparılan qiymətləndirmə də göstərdi ki, SOCAR-ın hesabatlılıqla bağlı öhdəlikləri tam yerinə yetirilməyib. Burada söhbət təkcə törəmə, asılı və birgə müəssisələrdən getmir. Söhbət bütövlükdə dövlət şirkətinin özünün hesabatlılığından gedir. Halbuki SOCAR-ın  hesabatlılıqla bağlı öhdəlikləri digər özəl şirkətlərdən daha çoxdur. Çünki SOCAR dövlət şirkətidir.

Standartda isə dövlət şirkəti ilə bağlı xüsusi tələblər var.  SOCAR-a tabe müəssisələrin ödənişləri, vergilərlə bağlı məlumatları hesabatda əks etdirilib. Bunu SOCAR-ın bütün birgə və törəmə müəssisələrinə aid edə bilməsək də, Azərbaycan ərazisində hasilatla məşğul olanlarla bağlı qismən açıqlama verilir. Amma SOCAR-ın çox müxtəlif fəaliyyət sferalarına malik müəssisələrinin hesabatlılığı ilə bağlı bunları deyə bilmərik”.

Ekspertin qənaətinə görə, SOCAR-ın hesabatlılığı MHŞT standartına cavab vermir: “2015-ci maliyyə ilində SOCAR özü bütövlükdə zərərlə işləyib. Ümumilikdə isə SOCAR-la dövlət müəssisələri arasında münasibətlər şəffaf olmalıdır. Bu qurumun fəaliyyəti ilə bağlı məlumatlara əlçatanlıq təmin edilməlidir. SOCAR həm də vətəndaş cəmiyyəti instuturları ilə daha geniş əlaqələr olmalıdır”.

Məsələyə münasibət bildirən iqtisadçı-ekspert, Çoxtərəfli Qrup üzvü Azər Mehtiyev isə deyir ki, SOCAR-ın Azərbaycanda fəaliyyət göstərən müəssisələrinin başqa ölkələrdə, o cümlədən offşor zonalarda qeydiyyatdan keçirilməsi başa düşülən deyil: “SOCAR-ın başqa ölkələrdə işləyən müəssisələrinin xarici ölkələrdə qeydiyyatdan keçməsini başa düşmək olar. Amma dövlət şirkətinin Azərbaycanda işləyən müəssisələrini başqa ölkələrdə qeydiyyatdan keçirməsi şübhələr yaradır. Belə açıqlama verirlər ki, həmin ərazilərdə vergi güzəştləri olduğundan müəssisələr orada qeydiyyatdan keçirilir. Amma SOCAR dövlət şirkətidir və Azərbaycanda işləyəcəksə, vergilər də dövlətə ödəniləcək. Belə halda SOCAR kimdən vergiləri gizlədir, dövlətdən?

Digər tərəfdən SOCAR həmin müəssisələrə hər il investisiya yönəldir. Amma bu investisiya müqabilində həmin müəssisələr dövlət şirkətinə hansı gəliri verir? Ümumiyyətlə, SOCAR-ın hansı hallarda birgə müəssisə, asılı müəssisə təsis edə bilməsi ilə bağlı hər hansı normativ sənədi, qaydaları varmı? Bunların yaradılmasında məqsəd nədən ibarətdir? Hesab edirəm ki, SOCAR bu məsələlərə aydınlıq gətirməlidir”.

Bu il oktyabrın 26-da Astanada toplanan Mədən Sənayesində Şəffaflıq Təşəbbüsü (MSŞT) üzrə beynəlxalq rəhbər komitə Azərbaycanın öhdəliklərinin MSŞT standarlarına uyğunluğunun qiymətləndirilməsi ilə bağlı yekun qərarını verib. Qərarda Azərbaycanın MSŞT sahəsində birinci qiymətləndirmə ilə müqayisədə, ümumilikdə əhəmiyyətli proqres əldə edərək bir neçə fərdi tələb üzrə irəliləyişə nail olduğu göstərilib. Bunu nəzərə alan İdarə Heyəti Azərbaycanın təşəbbüsdə namizəd statusunda qalmasına razılaşıb. İdarə Heyəti, həmçinin, katibliyə tapşırıb ki, növbəti toplantıya, yəni 2017-ci ilin 8-9 mart tarixinə qədər Azərbaycanın qiymətləndirilməsi ilə bağlı hazırlıq işlərini başa çatdırsın. Azərbaycanda növbəti qiymətləndirmə isə gələn ilin 26 iyulundan başlanılmalıdır.

Qiymətləndirmə zamanı nəzərə alınacaq əsas tələblərdən biri də MSHT –nin 2.6-cı standartına müvafiq olaraq Dövlət Şirkətlərinin (Azərbaycana münasibətdə SOCAR-ın) fəaliyyətinə dair məlumatların əlçatanlığının təmin edilməsidir. Digər tərəfdən isə dövlət şirkəti olan SOCAR uzun illər heç bir mənfəət əldə etməyən müəssisələrini hansı səbəbdən saxlanması, o cümlədən bu tipli müəssisələrə əlavə investisiyaların yatırılma zərurəti ilə bağlı cəmiyyətə qaranlıq olan suallara aydınlıq gətirməlidir. Bu suallarla bağlı biz də SOCAR-a informasiya sonğusu göndərdik. Amma bir neçə dəfə telefon əlaqəsi saxlasaq da, yazı çapa gedən tarixədək həmin informasiya sorğusundakı suallara nə şifahi, nə də yazılı cavab ala bilmədik. Halbuki SOCAR bu məlumatları özü ictimayyətə açıqlamalıdır (Modern.az).

Gunxeber.com

XƏBƏR LENTİ

Copyright © 2017 Gunxeber.com