Siyasi icmalçı:“Trampın zamanında Qarabağ münaqişəsi elə də böyük önəm kəsb etməyəcək”

azer-residoqlu (1)

“ABŞ üçün Ukrayna və Yaxın Şərqdəki proseslər daha prioritet təşkil edir. Zənnimcə, Trampın prezidentliyi zamanı İranla münasibətlər də aktuallaşacaq. Odur ki, Azərbaycan, xüsusən Dağlıq Qarabağ münaqişəsi, o cümlədən Cənubi Qafqazdakı digər hadisələr elə də böyük önəm kəsb etməyəcək.

Strateq.az bildirir ki, bu sözləri siyasi icmalçı Azər Rəşidoğlu Trampın Cənubi Qafqazla bağlı xarici siyasət kursununun perspektivlərini “Şərq”ə şərh edərkən deyib.

Onun sözlərinə görə, Tramp ABŞ maraqlarına zidd addım ata, Rusiya qarşısında geri çəkilə bilməz. Bunu edərsə, prezidentlikdən daha tez gedə bilər: “Həmçinin, ABŞ tarixində prezidentə etimadsızlıq göstərilməsi və yaxud sui-qəsd təcrübəsi də var. Bu baxımdan, Tramp ona çəkilən dairədən kənara çıxa bilməz. Lakin artıq qloballaşmanı anti-qloballaşma əvəz edir və hər kəs öz evinə çəkilir. Ona görə, Tramp üçün Qafqazdakı proseslərin önəmi azala bilər”.

Ekspert bildirib ki, ABŞ-ın bölgəyə maraq dairəsinin azalması Gürcüstanın Rusiyanın təsir dairəsinə düşməsinə səbəb olmayacaq: “Ermənistan isə Rusiyanın vassallığından xilas ola bilmir. Ehtimal edirəm ki, Azərbaycan tərəfi də balanslı siyasətini davam etdirəcək. Bir sözlə, Rusiya regionda təsir gücünü artıra bilməz”.

 

Gunxeber.com

XƏBƏR LENTİ

Copyright © 2017 Gunxeber.com