Siyəzəni kim idarə edir?

“Siyəzən rayon İcra Hakimiyyəti başçısının müavini Zəfər Əliyev rayonda öz qanunlarını tətbiq edir. Bilmək olmur ki, rayonun rəhbəri Arif Qasımovdur, yoxsa Zəfər Əliyev?!”. 

Bu sözləri Jur.Az-a açıqlamasında bəlli səbəblərdən adının çəkilməsinin istəməyən rayon məmurlarından biri deyib.

Onun sözlərinə görə, Zəfər Əliyev tez-tez müxtəlif adlar altında rayondakı məmurları və sahibkarları yığaraq, onlardan pul tələb edir. O, bu pulları rayonda keçirilən müxtəlif tədbirlər və abadlıq işləri üçün yığdığını deyir. Sahibkarlar və məmurlar buna etiraz edib, baş verənlərdən icra başçısı Arif Qasımovun xəbərinin olub olmadığını soruşanda isə, “mənim deməyim kifayət etmirmi” deyə cavab verir.

Mənbə daha sonra bildirir ki, Zəfər Əliyevin əməlləri ilə bağlı icra başçısı Arif Qasımova müraciət etməyə çalışsalar da, heç bir xeyri olmur: “Zəfər Əliyev bizim icra başçısı ilə görüşümüzə imkan vermir. Bütün yollarla buna mane olaraq görüşə gedənləri təhdid edir”.

XƏBƏR LENTİ

Copyright © 2017 Gunxeber.com