“Simpsonlar”ın Trampdan sonrakı ABŞ haqqında ŞOK PROQNOZU-FOTO

111877

Ötən ilin ən çox müzakirə edilən mövzularından biri də “Simpsonlar” cizgi filminin Donald Trampın ABŞ prezidenti seçiləcəyini bir neçə il öncə xəbər verməsi oldu.

Uzun illər efirdə olan məşhur cizgi filmində bu məsələyə hələ Tramp siyasət meydanına atılmamışdan qabaq toxunulmuşdu. Seriyaların birində prezident seçildiyi gün Trampın geydiyi kostyum, hətta qalstuk belə dəqiqliklə öz əksini tapmışdı.


Cizgi filminin bu “öncəgörmə qabiliyyəti” dünyanın heyrətinə səbəb oldu. Bəziləri cizgi filminin de-şifrə olunmasını və oradakı başqa siyasi proqnozlaşdırma faktlarının da öyrənilməsini istədi.
“Simpsonlar”ın ssenarisi müəllifi Dan Qreney açıqlamasında Trampın vizual olaraq simpsonlara çox yaxın olduğunu əsas gətirdi. O, Trampın nə zamansa prezident seçiləcəyini ağlından belə keçirmədiyini vurğulayıb. Lakin fakt-faktlığında qalır: cizgi film Trampın seçki kampaniyasından tutmuş, prezident seçildiyi günə qədər hər bir detalı sanki qabaqcadan görərək, əks etdirmişdi.

Ssenari müəllifinin etirazlarına baxmayaraq cizgi filmin illimünant xarakterli proyekt olması artıq ictimaiyyətə məlumdur. Burada hətta Suriya olayları və 2001-ci ilin 11 sentyabr terrorundan da bəhs edilib.

Sensasiyalı məqamlardan biri də, “Simpsonlar”-ın Trampdan sonrakı Amerikanın taleyini seriyalarının birində işıqlandırmasıdır.

Moderator.az xəbər verir ki, cizgi filmində təxmin edilən proqnoza əsasən, Trampdan sonra hakimiyyətə qadın rəhbərlik edəcək. Həmçinin, Tramp özündən sonra ABŞ üçün çox ciddi maliyyə böhranı buraxacaq.
Hələ 2000-ci ildə çəkilən həmin seriyada Lisa adlı qadın simpson prezident kürsüsünə oturur və Trampdan sonrakı durumu müzakirə edir. Əsasən də, büdcədə olan kəsirləri vurğulayır.

 

Gunxeber.com

XƏBƏR LENTİ

Copyright © 2017 Gunxeber.com