Samir Şərifov üçün Ziya Məmmədov ssenarisi

%d0%b1%d0%b5%d0%b7-%d0%bd%d0%b0%d0%b7%d0%b2%d0%b0%d0%bd%d0%b8%d1%8f

Maliyyə naziri Samir Şərifov nəqliyyat naziri Ziya Məmmədovun taleyini yaşamaqdadır. 

Anaxeber.az-ın məlumatına görə, nəqliyyat “boss”u kimi maliyyə “kralı”nın da səlahiyyətləri azaldılır. 
Onun vəzifədən getməsindənsə, mərhələli şəkildə zəiflədilməsi kursu götürülüb. Bu baxımdan Maliyyə Nazirliyinin struktur islahatları çərçivəsində yerli şöbələrinin ləğvi planlaşdırılır. 

Nazirliyin regionlarda fəaliyyətdə olan maliyyə şöbələri maxinasiyalar yuvasına çevrilib. İstənilən rayon maliyyə şöbəsi icra hakimiyyəti strukturu ilə əlbir olaraq dövlət büdcəsinin idarə olunmasında müxtəlif mənimsəmələri həyata keçirir 
İqtisadi böhran isə hökuməti qənaət rejiminə keçməyə vadar edib və büdcə pullarının istifadəsinə nəzarət gücləndirilir. 
Dünənə kimi maliyyə şöbələrinin rəisləri icra başçıları ilə birlikdə hansısa MMC-ni tenderdə qalib elan edərək vəsaitləri talan edirdisə, indi mümkün olmayacaq. Çünki dotasiyalar kəsilir, nəzarət artırılır, struktur islahatlarına başlanır. 

Belə demək olarsa, Samir Şərifova sarsıdıcı bir zərbə endirilir. Onun postundan getməsi səlahiyyətlərinin sıfıra endirilməsindən daha münasib idi. 
Hətta nazir son hadisələrin ardınca istefa verməyə hazır olduğunu da açıqlayıb. Amma hakim dairələr onun gedişinə imkan verməyib. 
Nazirin qələmi qırılsa da, qırılmış qələmlə fəaliyyət göstərməyə məhkum edilib. Nəticədə maliyyə naziri nəqliyyat nazirinin aqibətini yaşamaqla məşğuldur. 
Baxmayaraq ki, S.Şərifov spekulyasiyalar edərək mövqeyini möhkəmləndirməyə can atıb. Bununla belə, onun iqtidardakı dayaqları zəiflədilib və nazir mediada barəsində gedən materialları dayandırmaq niyyətindədir.
***

Vaxtilə Samir Şərifov qüdrətli fiqur idi. Onun siyasi ranqı var idi. Hətta Hesablama Palatasının sədri postu uğrunda maliyyə naziri Samir Şərifovla bu qurumun keçmiş rəhbəri, hazırda kənd təsərrüfatı naziri olan Heydər Əsədov arasında mübarizə gedirdi. 
Palatanın sədrliyinə namizədlər müəyyənləşdirilərkən iki şəxsin üzərində dayanılmışdı: maliyyə nazirinin müavini İlqar Fətiyev və Hesablama Palatası Aparatının Xarici investisiyalı və infrastruktur layihələrinə nəzarət şöbəsinin müdiri Vüqar Gülməmmədov. 
İlqar Fətiyev Samir Şərifovun, Vüqar Gülməmmədov isə Heydər Əsədovun kadrı idi. 
Bu mübarizədə Heydər Əsədov qalib gəldi. 

Məlumatlara görə, Samir Şərifovla Heydər Əsədov arasındakı bu mübarizə maliyyə naziri üçün həm də sınaq xarakteri daşıyırdı.
O dövrdə Samir Şərifov baş nazirliyə iddialı məmurlardan biri idi. Heydər Əsədovun qudası, nəqliyyat naziri Ziya Məmmədov da baş nazir postuna can atırdı. 
Hesablama Palatasının sədri uğrunda mübarizə bir növ tərəflərdən hansının hakimiyyətdə daha çox təsir imkanlarına malik olmasını müəyyən edən sınaq olmuşdu. Elə bu məğlubiyyətlə başlamış proses maliyyə nazirinin qaranlıq tunelə girdiyini xəbər verirdi. 
Daha sonra nə baş nazir ola bildi, nə vitse-prezident postuna namizədlər sırasında adı saxlandı. Əksinə efirdə onun üç ölkənin agenti olması haqda süjet nümayiş etdirilməklə nazir xalq önündə “vuruldu”.

Xatırladaq ki, Samir Şərifovun vəziyyətinin ciddiliyi Daşkəsənin icra hakimi Əhəd Abıyevin qəfil çıxışı ilə müşayiət olunur. İcra başçısının gözlənilmədən istintaqa ifadəsi ortaya çıxır ki, MTN-də ondan maliyyə naziri əleyhinə danışmaq tələb olunub. 

İlin-günün bu vaxtında icra başçısının naziri “baqaja” qoyan ifadəsi nəyə lazım idi?! Əlbəttə ki, Ə.Abıyevin təmsil olunduğu siyasi klanın təlimatı da ola bilər. Amma Daşkəsənin rəhbəri əsasən mərkəzin tapşırıqlarından qırağa çıxmır. 

S.Şərifovla Ə.Abıyevin indiyədək kəsişən nöqtəsi olmayıb. O baxımdan icra başçısının maliyyə nazirinin əleyhinə açıqlaması S.Şərifovun barəsində MTN-də kompromat materialların mövcudluğuna işarə idi. 

XƏBƏR LENTİ

Copyright © 2017 Gunxeber.com