Salyanda məmurlar büdcədən ayrılan pulları belə dağıdırlar

000-052kamle

Büdcə vəsaiti ilə alınmış materiallardan məmurlar şəxsi məqsədləri üçün istifadə edib

İcra başçılarının dəyişməyi rayonlardakı mərkəzi küçə və meydanlarda “abadlıq və yenidənqurma işlərinin” də yenidən qurulmasına səbəb olur. Binaların, hasarların üzlükləri, səkilərin daşı dəyişir. Hər belə dəyişiklik külli miqdarda büdcə vəsaitinin səmərəsiz istifadəsinə, üstəlik əhalinin narahatlığına səbəb olur.

Bu il Salyan şəhərinin işıqlanma sistemi yenilənib.

Bundan öncəki sistem Rasim Bəşirovun icra başçısı işlədiyi 2009-cu ildə quraşdırılmışdı. Həmin vaxt şəhərin mərkəzindən Kürün üstündəki körpüyə, cənub tərəfdən “Plasma” massivınə qədər 200 -dən çox dirək basdırılmışdı.

Təbii ki, 4 il ərzində həmin dirəklər paslanmamış, çürüməmişdi. Elə isə sual yaranır: 250 min manat büdcə vəsaitinə başa gələn du işiqlanma sistemi niyə dəyişdirildi. İndi həmən materyallardan  harada, nə məqsədlə istifadə edilib?

Araşdırma zamanı bəlli olub ki, uzunluğu 8 metrdən çox olan 216 ədəd elektrik dirəyi yerindən çıxarılarq  yenisiylə əvəz olunandan sonra   mənzil istisimar idarəsinin həyətində  toplanılıb.  Oradanda Rayon İcra Hakimiyyəti başçısının Salyan şəhəri üzrə nümayəndəsi Kamil Əzizovun rəhbərliyi və xeyir-duası altında  2 müxtəlif məmura satılıb.

Mal oğurluq olduğundan, qiymət alıcılar üçün də sərfəli olub.

Həmin məmurlar dirəklərdən heyvandarlıq təsərrüfatlarına elektirik xətti çəkilməsində istifadə ediblər. Belə baxanda, Salyan şəhərində işıqlandırma sisteminin yenidən qurulması şəhər meri və adını hələlik açıqlamadığımız bu 2 məmur üçün daha sərfəli olub.

Gunxeber.com

XƏBƏR LENTİ

Copyright © 2014 Gunxeber.com