Səlim Müslümovun Gədəbəyə yolladığı yoxlamanı necə yola salıblar? – – TƏFSİLAT

  • %d0%b1%d0%b5%d0%b7-%d0%bd%d0%b0%d0%b7%d0%b2%d0%b0%d0%bd%d0%b8%d1%8f

     

    Bir qədər əvvəl Dövlət Sosial Müdafiə Fondunun Gədəbəy şöbəsində baş verən maliyyə pozuntuları ilə bağlı məlumata vermişdik.  

    Bu qurumda baş verənlərlə bağlı Gunxeber.com-a yeni müraciət daxil olub. Həmin müraciəti təqdim edirik:

    “Mətbuatdakı yazılardan sonra şöbəyə nazirlikdən yoxlama göndərilib. İlk baxışdan nazir Səlim Müslümovun nazirliyin yerli strukturundan gələn siqnala belə operativ reaksiya verməsi müsbət qarşılanır. Əslində isə çox təəssüf ki, göndərilən yoxlamanın  bir neçə günlük fəaliyyəti görünmür, artıq fondun işçiləri ərkləri çatan adamlardan “reviziya yola salmaq” üçün borc istəyirlər. İşçilərin dediyinə görə,  yoxlayıcılar vəzifələrinə uyğun olaraq onlardan 1000 – 10000  manat arası pul istəyirlər. Bu hesabla götürəndə yoxlayıcıların şöbədən tələb etdiyi məbləğ 250 min manat edir. Belə bir sual yaranır ki, şöbədə nə baş verib ki, onu ört-basdır etmək üçün bu qədər vəsait tələb olunur? Sualın cavabı çox dərinə gedib çıxır və ölkənin iqtisadi böhranla üzləşdiyi, büdcə vəsaitinə qənaət etmək üçün dövlətin hətta xəstəxanaların işçilərini ixtisara saldığı bir zamanda çox böyük əhəmiyyət kəsb edir. Məsələ ondadır ki, şöbənin hazırki müdiri Məsud Məmmədov 15 ildən artıq bir müddətdə minlərlə saxta pensiya təyinatı aparılmasına göstəriş verib və həmin pensiyaların əksəri bu gün də büdcədən ödənilməkdədir. Məlumatlı şəxsin dediyinə görə, M.Məmmədov belə saxta təyinatları saxta stajlar vasitəsilə düzəldib. Mövcud olmayan təşkilatdan saxta möhürlə verilən staj arayışı yaxud idarədə heç vaxt işləməyən şəxsə verilən əmək haqqı arayışı, arxivlərdən vətəndaşın guya kolxoz-sovxozlarda işləməsinə dair saxta sənədlərlə saxta pensiya təyinatları baş tutub. Acınacaqlısı odur ki, şöbədə yüzlərlə pensiya işi var ki, həmin işlərə hətta saxta staj belə əlavə edilməyib! Bir şəxsiyyət vəsiqəsi və yaşayış yerindən arayış alınmaqla pensiya təyinatı aparılıb və həmin sənədlər tez-tələsik Fondun Siyəzən rayonundakı arxivinə təhvil verilib. Düzdür, bu gün Fonddan pensiya alan şəxslərin əksər qismi kasıblardır, amma elələri də var ki, 14-15 yaşından xaricdə yaşayıb işləyiblər və ölkənin büdcəsindən vəsait qoparmaları ədalətlidirmi? Sözümüz yenə də hörmətli cənab nazirədir – Səlim müəllim, əgər siz dövlətimizə, dövlətimizin başçısına səmimi qəlbdən səmimisinizsə, Fondun Gədəbəy şöbəsinin son bir neçə ilini yox, həmin şöbədən bu gün pensiya alan bütün pensiyaçıların işini kötük sənədləri ilə obyektiv yoxlatdırın. Əgər belə etsəniz, görəcəksiniz ki, böyük sayda pensiya işi ləğv olunur və büdcədən külli miqdarda qanunsuz vəsait xərclənməsinin qarşısı alınıar. O zaman prezident sizə, siz də bizə təşəkkür edəcəksiniz”.

    Qeyd edək ki, bu məsələ ilə bağlı digər media qurumlarında da yazılar gedib.

    Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.

     

    Gunxeber.com

XƏBƏR LENTİ

Copyright © 2017 Gunxeber.com