Səfirin qətlinə ABŞ-dan baxış

theodore-karasik

Vaşinqtondakı “Qulf Steyt Analitiks”in məsləhətçisi, siyasi şərhçi Teodor Karasik Ankarada Rusiya səfirinin qətlə yetirilməsi ilə bağlıAxar.az -a eksklüziv müsahibə verib.

Müsahibəni təqdim edirik:

– Türkiyədə Rusiya səfiri Andrey Karlovun qətlindən sonra Moskva-Ankara münasibətlərinin inkişaf istiqamətini necə proqnozlaşdırırsınız?

– Aydındır ki, Türkiyə evini təhlükəsizlik baxımından səliqəyə salmalıdır. Xüsusilə də Rusiya kimi hegemon dövlətlə yanaşı, bir çox təşkilat və hökumətlərin maraqlarının bu ərazidə toqquşduğu bir vaxtda. Hər iki ölkə Suriya və digər region problemlərinin aradan qaldırılması mövzusunda ikitərəfli əlaqələrin inkişafının tərəfdarıdır. Rusiya Federasiyası Prezidenti Vladimir Putin bu hadisədən Suriyanın gələcəyini müəyyən etmək istiqamətində Kremlin rolunu artırmaq üçün istifadə edəcək. Bu hadisə ilə kürdlər və digər potensial qüvvələr Ərdoğanı ölkəni islam dövlətinə çevirdiyi bir vaxtda sıxışdırmaq məqsədi güdürdü.

– Sizcə, terakt FETÖ təşkilatı tərəfindən planlaşdırılımışdı?

– Hələ ki, teraktın FETÖ təşkilatı tərəfindən törədilməsi ilə bağlı ciddi bir sübut yoxdur. FETÖ günahlandırılsa da, qatilin Rusiyaya qarşı olan kin dolu sözlərinə qulaq assaq, onun Rusiyanın Türkiyədəki ən yüksək vəzifəli məmurunu öldürməsinin səbəbi ötən həftə Moskvanın dəstəklədiyi Suriya qüvvələrinin Hələbdə törətdiklərinin intiqamı idi.

– Bu sui-qəsd nəyə hədəflənib?

– Hədəf Rusiya, Türkiyə və İranın Hələb və Suriyada atacaqları addımları qərarlaşdıracağı Moskva görüşünə müəyyən qədər təsir göstərmək məqsədi daşıya bilər. Bu teraktda verilən mesaj o idi ki, Rusiya Suriyadakı onminlərlə insanın ölümündə günahkardır və Kreml buna görə məsuliyyət daşımalıdır. Qətllər sadəcə bu problemin həll olunmasını çətinləşdirir.

– Bu hadisə Rusiya və Türkiyə xüsusi xidmət orqanlarının arasında daha sıx əlaqəni şərtləndirirmi?

– Kremlin xüsusi xidmət orqanları ilə Türkiyə xüsusi xidmət orqanları arasında bu cür qeyri-əlverişli və destabil şəraitdə əməkdaşlıq yarana bilər. Amma bu olmaya da bilər, çünki Türkiyə NATO üzvüdür.

 

Gunxeber.com

XƏBƏR LENTİ

Copyright © 2017 Gunxeber.com