Rusiya parçalanır: ilk işartılar var – Piontkovski

andrey_piontkovski

 

Müasir Rusiya faktiki olaraq Qızıl Orda, Prezident Putin isə sonuncu xan kimi qalmaqda davam edir.

Axar.az xəbər verir ki, bunu Ukrayna mətbuatına müsahibəsində rusiyalı politoloq Andrey Piontkovski söyləyib.

“Bu gün Rusiyanın parçlanmağa hazırlanması ilə bağlı ilk işartılar görünür. Uzaq Şərq və Sibir faktiki olaraq artıq çinlilərin koloniyasıdır. Şimali Qafqaz guya Rusiyanındırmı? Mənə görə, Rusiya orada müharibəni uduzub və indi Kadırova xərac ödəyir. Tatarıstan prezidenti iki həftə əvvəl bəyan etdi ki, “Moskvanı doyuzdurmağı dayandırın”. Rusiyanın parçalanmasını artıq heç cürə saxlamaq mümkün olmayacaq. Putin sonuncu Qızıl Orda xanıdır. Onun Ukrayna və Yaxın Şərqdəki bütün oyunları bu parçalanmanı təsdiq edir”, – politoloq bildirib.

 

Gunxeber.com

XƏBƏR LENTİ

Copyright © 2017 Gunxeber.com