Ronaldo “Real”ı dünya çempionu etdi

ronaldo

Bu gün klublar arasında dünya çempionatının final oyunu keçirilib.

Axar.az xəbər verir ki, həlledici oyunda “Real Madrid” Yaponiyanın “Kasima Antlers” klubu ilə qarşılaşıb.

Oyun “Real”ın 4:2 hesablı qələbəsi ilə başa çatıb. Madrid klubunun 3 qolunu Kriştiano Ronaldo vurub.
Qeyd edək ki, bu qələbə sayəsində “Real” tarixində 2-ci dəfə (ilk dəfə 2014-cü ildə) klublararası dünya çempionu olub.

Üçüncü yer uğrunda mübarizədə Kolumbiyanın “Atletiko Nasyonal” klubu Meksikanın “Amerika” komandasına penaltilər seriyasında qalib gələrək bürünc medal qazanıb.

 

Gunxeber.com

XƏBƏR LENTİ

Copyright © 2017 Gunxeber.com