Ronaldo dünyanın ən yaxşı futbolçusu seçildi

ronaldo-2-1200x1200

İspaniyanın “Real” (Madrid) klubunun və Portuqaliya milli komandasının hücumçusu Kriştiano Ronaldo dördüncü dəfə dünyanın ən yaxşı futbolçusu seçilərək “Qızıl top” mükafatının laureatı olub.

“France Football” (Fransa) jurnalının ənənəvi mükafatının qalibini jurnalistlər və redaksiyanın münsifləri müəyyən edib.

2016-cı ildə Kriştiano Ronaldo “Real”ın heyətində Çempionlar Liqasının, UEFA superkubokunun qalibi, Portuqaliya milli komandasının heyətində Avropa çempionu olub.

Novator.az bildirir ki, 32 yaşlı Kriştiano Ronaldo 2008, 2013 və 2014-cü illərdə də “Qızıl top” alıb.

XƏBƏR LENTİ

Copyright © 2017 Gunxeber.com