Rəfail Mehrəliyev Vidadi Zeynalovdan sonra özünü necə qoruyur?

Bakı şəhər Mənzil – Kommunal Təsərrüfatı Departamentinin rəisinin də fəaliyyətinin araşdırılmasına ciddi zərurət var

704788MTN hadisələrindən dolayı Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin aparat rəhbəri barəsində 3 ay həbs qətimkan tədbiri seçiləndən dərhal sonra sosial şəbəkədə bu tipli status və rəylər yazııldı: ”Vidadi Zeynalov kimi onun bacısı oğlu Bakı şəhər Mənzil-Kommunal Təsərrüfat   Departamentinin sədri Rəfail Mehrəliyev də çox iri rüşvət donorudur. Dayı – bacıoğlu bir- biri ilə düşmən olan şəxslərə – Hacıbala Abutalıbova və Əli Abbasova rüşvət daşıyırlar”.Son illər ölkənin, eləcə də paytaxtın ictyimai-sosial həyatında baş verən hadisələri izləyən oxucular bəlkə də xatırlayarlar: “İntur-avto” açıq səhmdar cəmiyyətinin sədri Aydın Heydərovun Bakı Şəhər İcra Hakimiyyəti (BŞİH) və Maliyyə Nazirliyinə qarşı iddiası əsasında keçirilən məhkəmə onların iddialarını qismən təmin etmişdi. Aydın Heydərov ona məxsus tikintinin sökülməsi nəticəsində ona dəymiş maddi ziyana görə, 17 milyon 634 min 70 manat, mənəvi ziyana görə 50 min manat təzminat tələbi ilə məhkəməyə müraciət etmişdi. Həmçinin o vaxt söküntülərə rəhbərlik edən Nərimanov rayonu Kommunal Təsərrüfatı Departamentinin sədri Rafael Mehrəliyev barəsində cinayət işinin başlanması üçün xüsusi qərardad çıxarılması barədə vəsatət də vermişdi. Lakin məhkəmə Heydərovun iddiasını qismən təmin edərək, dəymiş maddi ziyana görə, cəmi 4 milyon 700 min manat məbləğində pulun Maliyyə Nazirliyi tərəfindən ödənilməsi barədə qərar çıxardı.   Göründüyü kimi, Mehrəliyev harada işləyibsə, dövlətin, xalqın deyil, ilk növbədə özünün şəxsi mənafeyini düşünüb. Hökumət onun şıltaqlıqlarına görə cavab verməli, cərimə ödəməli olub. Belə məmuru vəzifə başında saxlamaq məqbul sayılmadığı halda Hacıbala Abutalıbov onu irəli çəkib. 2012-ci ilin yanvarında İcra Hakimiyyətinin Şəhər Mənzil Kommunal Təsərrüfat Departamentinin sabiq rəhbəri Ənvər Quliyev Bakı meri Hacıbala Abutalıbovun əmri ilə tutduğu vəzifədən azad edildi və onun səlahiyyətlərinin icrası müavini Rəfail Mehralıyevə həvalə olunub.Dayısının himayəsi həmişə Rəfailin karına gəlib. Belə ki, V.Zeynalov 1995-1999-cu illər ərzində Bakı şəhər Maliyyə İdarəsinin rəsi vəzifəsində çalışıb. Amma işdə yol verdiyi ciddi nöqsanlara görə Maliyyə Nazirliyinin Kollegiyasnın qərarı ilə işdən qovulub. Nazirlikdə fəaliyyət göstərdiyi müddətdə əməlli-başlı oliqarxa çevrilib və çox qısa zamanda özünün varidatını milyardlarla ölçüləcək səviyyəyə çatdırıb.Həmçinin V.Zeynalovun Rabitə və Yüksək Texnologiyalar Nzirliyində oturub, Bakı şəhərinin mənzil kommunal təsərrüfat sisteminə də nəzarət etməsi də aktual məsələlərdəndir. Bildirilir ki, bu sahə 90-cı illərin ortalarından bu vaxtə qədər V.Zeynalovun təsir dairəsindədir və bu sahəyə ayrılan büdcə vəsaitlərinin xərclənməsinə qeyri-rəsmi olaraq məhz o nəzarət edib. Vidadi Bakı şəhər Maliyyə İdarəsinin rəisi işləyərkən Bakı şəhər Mənzil Kommunal Təsərrüfatı İdarəsinin maliyyə şöbəsinə öz yaxın qohumu Rəfail Mehralıyevi təyin etdirib. Məhz qohumunun bilavasitə iştirakı ilə Bakının mənzil kommunal təsərrüfat sahəsi birbaşa Vidadinin müəyyən etdiyi qaydalara uyğunlaşdırılıb. Onun Maliyyə Nazirliyinin Kollegiyasının qərarı ilə işdən qovulmasının əsas səbələrindən biri də elə Bakı şəhəri mənzil kommunal təsərrüfatı sahəsinə ayrılan büdcə vəsaitlərinin istifadə olunmasında yol verilən ciddi pozuntular olub.

  Əli Abbasov Vidadini nazirliyə gətirəndən sonra o, öz qohumu Rəfail Mehralıyevi Bakı şəhər Mənzil Kommunal Təsərrüfatı Departamentinə rəis təyin etdirir. Həmin vaxt Əli Abbasov Bakı şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbovla quda idi. Sonradan Əli Abbasovun qızı Ülkər Abbasova merin oğlu İsrafil Abutalıbovdan boşanaraq bu qohumluğa son qoymuşdur.  Bakı şəhər İcra Hakimiyyətinin Mənzil Kommunal Təsərrüfatı Departamentinin rəisi Rəfail Mehralıyev əsasən V.Zeynalovun göstərişlərini yerinə yetirib və işini yalnız onun məsləhətləri əsasında qurub. Mənzil – Kommunal Təsərrüfatı İdarəsinin fəaliyyət dairəsi kifayət qədər genişdir. Bu sıraya yol çəkilişi, məktəb və uşaq baxçalarının, eləcə də digər sosial obyektlərin tikintisi və təmiri daxildir. Ümumiyyətlə, mənzil – kommunal təsərrüfatı sahəsinə büdcədən kifayət qədər böyük həcmdə vəsait ayrılır və Vidadi Zeynalov da Rabitə Nazirliyində otura-otura MKT-na ayrılan pulların idarə olunmasında birbaşa iştirak edib. Odur ki, hüquq-mühafizə orqanlarının Bakı şəhər Mənzil – Kommunal Təsərrüfatı Departamentinin rəisi Rafail Mehralıyevin də fəaliyyətini araşdırmasına ciddi zərurət olduğu vurğulanır. Araşdırmalarımız nəticəsində əldə etdiyimiz məlumata görə oliqarx dayısnın hay- küylü həbsindən sonra da belə öz kreslosunu qoruya bilən Rəfail Mehrəliyev hakimiyyətdə təmsil olunan cox nüfuzlu bir şəxs tərəfindən himayə olunur…Əslində bu himayədarlığın özünün də cox ciddi səbəbləri var..  Oxucularımızın nəzərinə catdırmaq istəyirik ki,həm bu məqamla,həm də Vidadi Zeynalovla Rəfail Mehrəliyevin qanunsuz fəaliyyətləri barədə redaksiyamıza cox ciddi məlumatlar daxil olub.Bu informasiyaları işıqlandırmazdan əvvəl obyektivlik naminə qarşı tərəfin də mövqeyini oyrənmək üçün Rəfail Mehrəliyevin köməkçisi Sabit müəllimlə telefon əlaqəsi saxlasaq da o,müdirinin işlərindən xəbərsiz olduğunu və bu cirkli işlərə qarışmaq istəmədiyini bildirdi.Növbəti yazımızda əldə etdiyimiz daha ciddi məlumatları müəyyən araşdırmalar apardıqdan sonra oxucularımızın diqqətinə catdıracağıq…   (kaspixeber.az).

Qarşı tərəfi də dinləməyə hazırıq.

Gunxeber.com

XƏBƏR LENTİ

Copyright © 2017 Gunxeber.com