“Qarabağ” daha bir tarixi ilkin astanasında (FOTO)

1aa97c1f45dbAğdam təmsilçisi Çempionlar Liqasinda növbəti matçına çixacaq.
Futbol üzrə Azərbaycan çempionu “Qarabağ” klubu bu gün UEFA Çempionlar Liqasinda növbəti matçına çixacaq.

ANS PRESS-in məlumatına görə, Ağdam təmsilçisinin bu dəfəki rəqibi Şotlandiya çempionu olan “Seltik” klubudur.

Avrokuboklarda keçirdiyi son 3 səfər oyununda məğlub olmayan “Qarabağ” bu uğurun davamını Şotlandiyada da gətirsə, o zaman qrup mərhələsinə doğru böyük addım atmış olacaq.

“Dnepr”, “Sent-Etyen” və “Rudar”la görüşlərdə meydanı qolsuz tərk etməyən “köhlən atlar” bu göstəricini “Seltik Park”da da təkrarlasalar, cavab oyununda əlavə üstünlük qazanmış olacaqlar.

Azərbaycan futbolu tarixində Şotlandiya klubu ilə görüşən ilk komanda olacaq “Qarabağ” keltləri adlasa, daha bir ilkə imza atmış olacaq.

İndiyədək heç bir klubumuz Çempionlar Liqasının pley-off mərhələsinə yüksəlməyib. “Seltik” üzərində qələbə “Qarabağ”a qrup mərhələsinə vəsiqə verəcək. Pley-off-da qələbə komandamıza qitənin ən nüfuzlu klub turnirinə, məğlubiyyət isə Avropa Liqasının qrupuna yollayacaq.

Qeyd edək ki, dünən UEFA Çempionlar Liqasinda III təsnifat mərhələsi sart götürüb. İlk oyunlar çərçivəsində 9 qarşılaşma baş tutub.


 

XƏBƏR LENTİ

Copyright © 2017 Gunxeber.com