“Qalatasaray”dan ŞOK qərar — Komandanın lideri satılır

xqs-jpg-pagespeed-ic-wopqoodxht

“Qalatasaray” komandanın lideri – Snayderi yanvarda satmaq niyyətindədir.

Ölkə.Az Türkiyə mətbuatına istinadən xəbər verir ki, İstanbul klubunun bu addımı atmasına səbəb maliyyə çatışmazlığıdır.

Son bir neçə ayda Türkiyə lirəsinin dollar və avro qarşısında dəyər itirməsi klubu çətin vəziyyətdə qoyub. Son ayda bu səbəbdən “Qalatasaray” hollandiyalıya 2,5 milyon lirə əlavə pul ödəyib.

Qeyd edək ki, illik qazancı 5 milyon avro olan Snayderə görə klub əvvəllər 16 milyon lirə ödəyirdisə indi bu rəqəm 20 milyona yaxınlaşır.

Bu səbəbdən klub prezidenti Dursun Özbəyin oyunçunun yanvarda satışa çıxarılması ilə bağlı göstəriş verdiyi xəbər verilir.

Klubla müqaviləsinə əsasən 7,5 milyon avro qarşılığında Snayder istənilən komandaya keçə bilər. Bu məbləğdə belə “Qalatasaray”ın güzəştə gedəcəyi deyilir.

Artıq hollandiyalı futbolçu ilə Amerika və Çin klubları maraqlanır.

Gunxeber.com

XƏBƏR LENTİ

Copyright © 2017 Gunxeber.com