“PREZİDENTİN KÖMƏKÇİSİ QOHUMUNU TUTDURUR” – “Öz qızını “sudan quru çıxarmaq” üçün…”

1458314820_1ca01d9a1223

Vəkil Adəm Məmmədov prezidentin sabiq köməkçisi, hazırda Prezident Administrasiyasında yüksək vəzifə tutan Tariyel Ağayev haqda maraqlı açıqlamalar verəcəyini anons edib. “AzPolitika”nın məlumatına görə, vəkil bu haqda “Facebook”da yazıb:

“Bu yaxınlarda bir səs-küylü iş üzrə müqavilə bağladım. Prezidentin köməkçisi vəzifəsində işləyən Tariyel Ağayevin özü və ailə üzvləri “Dekabank” ASC-nin sahibidirlər. Həmin bankın uzun müddət idarə heyyətinin sədri olmuş Niyazi Vəliyev yaxın qohumu Tariyel Ağayevin sifarişi əsasında həbs olunmaq təhlükəsi ilə üz-üzə qalmışdır. Hüquqlarını müdafiə etdiyim Niyazi Vəliyev Taryel Ağayevin yaxın qohumu (qaynı oğlu) olduğuna görə bir çox məsələlərdən məlumatlıdır. Bu səbəbdən də, tərəfimizdən ilginc açıqlamalar veriləcəkdir.

T. Ağayev öz qızı, yəni “Dekabank” ASC-nin müşahidə şurasının sədri Sürəyya Ağayevanı “sudan quru çıxartmaq” üçün yaxın qohumunu “rasxoda” verməyə çalışır”.

 

 

Gunxeber.com

XƏBƏR LENTİ

Copyright © 2017 Gunxeber.com