Prezident Putinin 17-cı yeni ili, separatizm terminatoru, “qalib Rusiya”nın ucuz spirtdən qırılanları

img2290022

 

Xalid KAZIMLI

Bu gün Vladimir Putinin dövlət başına gəlməsinin 17-cı ili tamam olur. O, 1999-cu ilin sonuncu günündən başlayaraq Rusiya dövlətinin başındadır.

1999-cu ilin bu günü Rusiya prezidenti Boris Yeltsin öz vəzifəsindən getdiyini bildirdi və varisinin adını çəkdi – Vladimir Putin.

Buna qədər Yeltsin ən azı üç siyasətçini öz varisi olaraq ağır-yüngül etmiş, onları sınaqdan keçirmişdi.

Bu şəxslərin arasında Boris Nemtsov, Yuri Skokov, Sergey Kiriyenko kimi siyasət adamları vardı.

Image result for boris nemtsov və yeltsin

Ancaq Boris Yeltsin və hərbi-sənaye kompleksi onların heç biriniə Rusiya dövlətinin sükanını etibar etmədilər.

Beləliklə, iş başına Putin gəldi. Buna qədər o, parlaq bir siyasəçi deyildi. Leninqradda şəhər merinin köməkçisi olmuşdu, daha sonra ölkənin təhlükəsizlik strukturuna rəhbərlik etmişdi.
Putinin nə dərəcədə qətiyyətli, inadkar, ciddi, riski sevən, prinsipial adam olub-olmadığını heç kəs bilmirdi.

Dövlət başına keçdikdən sonra elə ilk aylardaca Putin göstərdi ki, o, Yeltsin kimi çeçen separatçılarını Kremldə qonaq edəcək qədər yumşaq olmayacaq, onların nazıyla oynamayacaq.

Image result for boris yeltsin basayev

Ağılları Yeltsinə gedən çeçen separatçıları ilk başda Putinlə də eyni dildə danışmağı xəyal etdilər, məsum insanları teatrlarda, məktəblərdə girov götürərək, dövlətə öz şərtlərini diktə etmək istədilər. Fəqət onların gözlədiyi olmadı.

Image result for nord-ost teraktı

Putin terrorçulara da, onların qurbanlarına da acımadı, qətiyyət göstərdi və günahsız insanların ölümü bahasına olsa da, terrorçu qrupları ard-arda zərərsizləşdirməyə başladı.

O, dünya birliyinin etirazlarına baxmayaraq, üsyançı çeçenlərin gizləndikləri şəhər və qəsəbələri darmadağın etdi. Minlərlə günahsız insan öldürüldü. Hərbi cinayət aktları baş verdi. Azacıq şübhə doğuran şəxslər işgəncə maşınından keçiridi. Beləliklə, çeçen separatizmi ram edildi: qırılan qırıldı, qaçan qaçdı, yerdə qalanlar da Moskvanın qulbeçələrinə çevrildi.

Rus xalqı məhz bu xidmətinə – qanayan separatizm yarasını cərrahi müdaxilə ilə kəsib atdığına görə Putinin şəxsiyyətinə hələ də pərəstiş edir. Çeçen separatizminin məhvi ölkənin digər milli muxtariyyata malik subyektlərinin iştahını da küsdürdü, mərkəzdənqaçma prosesi dayandı.

Daha sonra Putin velikorus şovinizminin şiddətlənməsini təmin etdi. Artıq ruslar postsovet ölkələrinə yenidən müstəmləkə subyektləri kimi baxmağa, dağılmış SSRİ-ni hansısa adla yenidən bərpa etməyə meyllidirlər. Bu arzu günbəgün şiddətlənir.

Qərb dünyası ilə soyuq müharibənin yenidən qızışması da Putinin xidmətiydi. ABŞ yenə əsas düşmən oldu, İngiltərə, Almaniya baş düşmənin əsas müttəfiqi statusu qazandılar.

Putin hakimiyyəti əldə saxlamağın yeni dərsliyini yazdı – artıq gerçək müxalifətçilər parlamentdə belə təmsil oluna bilmirlər, onlar siyasi sistemin kənarında qoyulublar.

Əvəzində Jirinovski kimi psevdomüxalifətçilər parlamentə düşür, şovinst çıxışlarıyla gur-gur guruldayırlar.

Image result for putin medved

Rusiya tarixində hakimiyyəti (dövlətin birinci postunu) öz etibarlı adamına verib, sonra geri almaq fəndini ilk dəfə Putin həyata keçirdi. O, guya ki, dövlətin ikinci adamı olmuşdu, amma hamı bilirdi ki, prezident Medvedyev baş nazir Putinn işçisidir. Sonra fiqurlar yenidən öz gerçək yerlərini tutdular.

Bu 17 ildə Putin Rusiyanın dövlət maraqları naminə istənilən addımı ata biləcək siyasətçi olduğunu göstərib və göstərməkdədir.

Image result for putin sarkisyan əliyev

Özünü Rusiyanın əzəli və əbədi, həm də sadiq müttəfiqi kimi göstərən Ermənistan ondan umduğunu ala bilmir, heç Mosvaya permanent güzəştlər edən, ona arxa çevirməyən Azərbaycan da məqsədinə çatmır.

Rusiya ilə Ukraynanın qardaş dövlət olmaqdan çıxıb düşmən dövlətlərə çevrilməsi Putinin neoimperiya və anti-qərb ambisiyalarının çulğaması nəticəsində ortaya çıxan mənzərədir.

Image result for putin proşenko

Prinsipcə, demokratikləşməyə çalışan Gürcüstan da Putinin ambisiyalarının və avtortarlığının zavalına gəlib. Putin öz yaxın ətrafında örnək olası demokratik dövlət istəmir. O, müstəbidlərlə daha yaxşı dil tapır.

Bu gün bir çoxları uzun illər hakimiyyətdə qaldığı və dünya güclərilə dirəşdiyi üçün Putini qalib sayır. Amma baxaq görək “məğlub ölkələr”də vəziyyət necədir, “qalib Rusiya”da necə.
ABŞ və Avropa ölkələrinin iqtisadi durumu eynidir, itirdikləri bir şey yoxdur. Rusiya isə yeddi arşın quyunun dibindədir, əhali sıxıntı çəkir, bu gündən sabaha ümidi yoxdur.

Image result for irkutsk losyon

Müqayisə üçün belə bir detal: Avropada insanlar ucuz spirtli içkiləri bəyənib alıb içmədikləri halda bu günlərdə Rusiyada 100-ə yaxın adam sırf ucuz başa gəlir deyə tərkibində spirt olan kosmetik məhlulu içib öldü.

Ancaq son günlərdə Putin dünya birliyini, eləcə də rusiyalıları təəccüblədirib. ABŞ rusiyalı diplomatları ölkədən çıxardığı halda Putin amerikalı diplomatlara qarşı eyni davranışı sərgiləmədi. Hərçənd onun da əsasları vardı. Hamı bilir ki, böyük dövlətlərin diplomatlarının az qala yarısı kəşfiyyatçılardan ibarət olur. Onların tam siyahısı Putində vardı. Amma o, ABŞ-ın gedişinə eyni cavabı vermədi, hətta amerikalılara qonaqpərvərlik jesti etdi.

Image result for putin obama persona non qrata

Görünür, Putin 20 gündən sonra dövlət başından gedəcək olan Obama hakimiyyəti ilə mənasız intriqaya girişmək istəmir, Donald Trampı gözləyir. Nə də olmasa, bütün dünyada, eləcə də ABŞ-da belə bir rəy var ki, Trampın prezident seçilməsində Putinin rolu olub.

 

Gunxeber.com

XƏBƏR LENTİ

Copyright © 2017 Gunxeber.com