Parlamentin “seçdiyi” prezident:narkotik alverçisi, antisemit, İranın dostu – FOTO

tariqel-el-aysami

 

“Reuters” parlamentin Venesuela prezidenti Nikolas Maduronun yerinə “təyin etdiyi yeni dövlət başçısı”nın tərcümeyi-halına işıq salıb.

Strateq.az xəbər verir ki, vitse-prezident Tariq əl-Aysami Suriya-Livan mənşəyinə malikdir.

1974-cü ildə anadan olmuş əl-Aysami ailədəki beş uşağın ikincisi olub. İddialara görə, onun atası Səddam Hüseynin zülmündən Suriyaya mühacirət etmiş nəslin nümayəndəsi Zeydan əl-Amin əl-Aysamidir. Anası Livan mənşəli Məddah ailəsinin varisidir. Əri kimi, o da dəruzi təriqətinin ardıcılıdır.

32 milyon nəfər əhalisi olan Venesuelada 200 min Livan və Suriya mənşəli yaşayır və onların əksəri dəruzidir.

Əl-Aysami prezident Nikolas Maduro tərəfindən bu il yanvarın 4-də vitse-prezident təyin edilib. Onun haqqında xoş olmayan iddialar mövcuddur.

Əl-Aysami Məddahın narkotik alverçisi, anti-semit, İran, “Həmas” və “Hizbullah” ilə əlaqələri olan siyasətçi imici var.

 

Gunxeber.com

Doğrudur, özü bunu rəqiblərinin uydurmaları adlandırır. İxtisasca hüquqşünas olan vitse-prezident 1999-cu ildən Sosialist Partiyasının üzvüdür.

Prezident Çavesin dövründə ədliyyə və daxili İşlər naziri olub. Əl-Aysaminin xanımı Rada rudi Amer də mənşəcə suriyalı və dəruzidir.

XƏBƏR LENTİ

Copyright © 2017 Gunxeber.com