Oğrular Bakıda hərbi hissəni rabitəsiz qoydular

176067_res_01

 

Bakıda oğrular hərbi hissəni rabitəsiz qoyublar. Bu barədə Sputnik Xəzər Rayon Polis İdarəsinə istinadən məlumat yayıb.

İnformasiyaya əsasən, saat 19:30-da Xaşaxuna yaşayış massivində N saylı hərbi hissənin kommunikasiyasını təmin edən yüz metr uzunluğunda məftil kəsilib.

Görülmüş əməliyyat-axtarış tədbirləri nəticəsində polis əməkdaşları oğurluqla əlaqəsi olan şəxsləri saxlayıblar. Onlar Zirə kənd sakinləri Tacir Məmmədov (2003-cü il təvəllüdlü) və Kənan Şirinovdur (2001-ci il təvəllüdlü).

Məlum olub ki, onlar oğurluqdan sonra kabeli yandırıblar ki, içərisindəki misi çıxarıb əlvan metalın qəbulu məntəqəsinə versinlər.

XƏBƏR LENTİ

Copyright © 2017 Gunxeber.com