Nüsrət Kəsəmənlinin 70 illiyi qeyd olunub

14829064364626857904_1000x669

Görkəmli şair-publisist Nüsrət Kəsəmənlinin 70 illiyi Ağstafa şəhərindəki Yazıçılar Evində qeyd olunub.

Azərtac xəbər verir ki, tədbiri rayon icra hakimiyyəti başçısının birinci müavini Ramiz Tatarov açaraq, şairin həyat və fəaliyyəti haqqında məlumat verib. Bildirilib ki, Nüsrət Kəsəmənlinin şeirləri oxucular tərəfindən sevilə-sevilə oxunur və şeirlərinin bir çoxuna mahnılar bəstələnib.

Sonra Azərbaycan Yazıçılar Birliyinin Qazax filialının sədri, Əməkdar İncəsənət Xadimi şair Barat Vüsal, Xalq Artisti Tariyel Qasımov, jurnalist Firdovsi Heydərli və digərləri çıxış edərək şairlə bağlı xatirələrini danışıblar. Qeyd olunub ki, şair-publisist Nüsrət Kəsəmənli həmişə oxucularının yaddaşında daim yaşayacaq.

Tədbirdə şairin həyat yoldaşı Rəhilə xanım çıxış edərək Nüsrət Kəsəmənlinin 70 illiyinin yüksək səviyyədə təşkilinə və göstərilən diqqət və qayğıya görə rayon rəhbərliyinə minnətdarlığını bildirib.

Yubiley tədbiri şairin sözlərinə bəstələnən mahnıların ifası ilə yekunlaşıb.

 

Gunxeber.com

XƏBƏR LENTİ

Copyright © 2017 Gunxeber.com