Neftçalada pambıq reketi – İcra başçısı sahibkarlara divan tutur

Neftçalanın icra başçısı İsmayıl Vəliyev rayonda anoloqu olmayan “terror”a əl atıb

untitled-33798Neftçala rayon Kənd Təsərrüfatı İdarəsinin müdiri Mustafa Əliyev tələb etdiyi rüşvəti ala bilmədikdə sahibkarlara bildirir ki, onların icarəyə götürdükləri dövlət torpaqlanıda prezidentin tapşırığına əsasən pambıq əkiləcək. Və bundan sonra traktorlarla ərazini şumlayır və tikintiləri sökdürür
Neftçala rayon İcra Hakimiyyətinin başçısı İsmayıl Vəliyev pul qazanmaq üçün yeni metod kəşf edib. Belə ki, icra başçısı icarə qaydasında sahibkarlara verilən dövlət torpaqlarına görə sahibkarlardan rüşvət tələb edir. Əks təqdirdə torpaqlar sahibkarlardan alınır və şumlanır. Həmin ərazilərdə icra başçısı hal-hazırda dəmyə arpa əkini aparır.
MilliYol.Az-a Neftçala sahibkarlarından daxil olan şikayətdə bildirilir ki, İsmayıl Vəliyevin bu qanunsuz əmrlərini icra edən şəxs Neftçala rayon Kənd Təsərrüfatı İdarəsinin müdiri Mustafa Əliyevdir. Məhz Mustafa Əliyev dövlət torpaqlarını icarəyə götürən sahibkarların yanına gedir və on illərlə heyvandarlıqla məşğul olan sahibkarlarda icarədə olan dövlət torpaqlarına görə icra başsının adından rüşvət tələb edir. Rüşvətin miqdarı isə torpağın hektarına görə 30-50 min manat arasında dəyişir. Sahibkarlar isə tələb olunan rüşvəti verə bilmədiklərinə görə çıxılmaz vəziyyətə düşüblər.
Gunxeber.com

XƏBƏR LENTİ

Copyright © 2017 Gunxeber.com