Neftçala maliyyə “boss”unun böyük biznes imperiyası – ŞOK MƏLUMATLAR+FOTOLAR

b9c898ef2ca3

 

Son vaxtlar Azərbaycanın bölgələrindən vətəndaşlar tərəfindən media vasitəsilə mərkəzi hakimiyyətə ən çox müraciətlərin, şikayətlərin, etirazların ünvanlandığı rayonlardan biri də Neftçaladır.

Bu barədə indiyədək mətbuatda çox yazılıb.  Gələn məlumatlarda bildirilir ki, Neftçalada məmur özbaşınalığı, rüşvətxorluq,  korrupsiya, talançılıq baş alıb gedir.

Gunxeber.com-un məlumatına görə,  elə nia.az saytında yazılanlar da bu barədədir. Həmin yazıda bildirilir ki, Neftçalada ən əsas söz sahiblərindən biri də rayon Maliyyə İdarəsinin rəhbəri Rəşid Manafovdur.

Uzun illərdir bu idarəyə rəhbərlik edən R.Manafov özü üçün sözün əsl mənasında böyük biznes imperiyası yaratmağa nail olub.

Məlumatda bildirilir ki, Neftçalada onun özünün və ailə üzvlərinin adına olan obyektlərin sayı-hesabı yoxdur. Təkcə Neftlanın mərkəzində səkkiz ticarət obyekti fəaliyyət göstərir.

 

15493980_10210132943696833_1285288121_n

R.Manafovun biznes imperiyasına rayon avtovağzalının yaxınlığındakı mebel sexi,  Neftçala bazarındakı məişət evi,  mərkəzi hissədə səkkiz ticarət mərkəzi, tikinti-quraşdırma idarəsi, tikintisi hələlik yarımçıq qalmış onlarla obyekt, 100 hektarlarla əkin sahəsi, bulvarda bulvar-kafe və digər obyektlər daxildir.

15554919_10210132943736834_51958451_n

Məlumata görə, bütün bunlar  sözügedən idarə rəhbərinin biznes imperiyasının bir hissəsidir. Onun mülklərinin sayı bundan qat-qat artıqdır.

R.Manafovun biznes imperiyası və mülklıəri yalnız Neftçalanı əhatə etmir. Onun Salyanda, Bakıda və ölkə xaricində də biznes obyektləri var.

Onun devalivasiya zamanı pullarının böyük hissəsini ölkədən çıxardığı da iddia olunur.

15555070_10210132967937439_53352516_n-1 15555070_10210132967937439_53352516_n

 

 

R.Manafov bacısı oğlu Aydın Aslanovu Neftçala bələdiyyəsinin sədri təyin etdirib.

Hətta A.Aslanov Neftçalada yayılan və hər kəs tərəfindən izlənilən videogörüntülərdə də dayısı tərəfindən bələdiyyə sədri təyin etdirildiyini etiraf edib.

A.Aslanov əvvəlcə Qarabağ Müharibəsi Veterenaları və Şəhid Ailələri İctimai Birliyinin Neftçala rayon təşkilatının sədri təyin olunub.

Amma onun Qarabağ müharibəsində nə zaman və hansı istiqamətdə gedən döyüşlərdə iştirakını nə görən var, nə də eşidən.

aydin-aslanov

 

Əvəzində isə o, rayon icra başçısı İsmayıl Vəliyevdən yazdığı şikayət ərizələri ilə məşhurlaşıb.

Məlumatda qeyd edilir ki, R.Manafov kimi bacısı oğlunun da Neftçalada kifayət qədər obyektləri var. Dövlət tərəfindən Qarabağ əlilləri üçün ayrılan 300 hektar torpaq sahəsi bugünədək sahiblərinə verilməyib. A.Aslanov və dayısının işbirliyi nəticəsində bu torpaq sahələri başqalarının əlinə keçib.

Prezidentin bələdiyyə torpaqları ilə bağlı imzaladığı sərəncamlara məhəl qoymayan A.Aslanov vətəndaşları dövlətdən narazı salmaqla məşğuldur. Rayon sakinləri bildirilər ki, bununla bağlı dəfələrlə yuxarılara şikayət etsəslər də, heç bir nəticəsi olmayıb.

Neftçalada baş verənlərlə bağlı milletinsesi.info-nun yazdıqlarında isə bildirilir ki,  icra başçısı İsmayıl Vəliyevlə Aydın Aslanov arasında son aylar münasibətlərin gərginləşməsi, mətbuatda “soyuq müharibə”nin təfərrüfatları yayımlanıb.

Aydın Aslanov bir neçə saytlarla yaxın münasibətinin olmasından yararlanıb rayon icra strukturlarından kim xoşuna gəlmədisə onu “vurur”. Himayəsindəki saytlar vasitəsilə vəzifəli şəxsləri şərləyib, nüfuzlarına xərəl gətirəcək informasiyaların yayımlanması ilə məşğul olan Aydın Aslanovun səs yazısı əlimizdə var. Sadəcə olaraq qeyri-etik sözlərdən istifadə olunduğu üçün yayımlamadıq.

Əlimizdəki səs yazısında icra başçısı İsmayıl Vəliyev, Neftçala şəhəri üzrə keçmiş icra nümayəndəsi Gülqədəm Mirzəzadə, Kommunal Təsərrüfat idarəsinin rəisi Firudin Nağıyev barəsində mətbuatda yayılan məlumatların  mənbəyinin Aydın Aslanov olduğu göstərilir.

Saytımızı bilgiləndirən mənbənin məlumatına görə, rayon sakini Vüqar Məmmədova saxta sənəd verən bələdiyyə sədri ilə bağlı iş prokurorluqdadır. Beləki, şikayət üzrə rayon icra hakimiyyətinə yönələn məktub, icra aparatı tərəfindən araşdırılması üçün Neftçala rayon prokurorluğuna göndərilib.

Amma Aydın Aslanovun dayısı, rayon Maliyyə İdarəsinin müdiri Rəşid Manafovla yaxın münasibəti ilə şeçilən rayon prokuroru Aydın Əliyev nədənsə Aydın Aslanovla bağlı ölçü götürmür. Azərbaycan Respublikasının  Baş Prokuroru cənab Zakir Qaralov Aydın Əliyevə vəzifə verərkən rayonda qanunlara sahib çıxmağı göstəriş verdiyi halda, rayon prokuroru Rəşid Manafovun bacısı oğluna sahib çıxır.

Gunxeber.com-un məlumatına görə, R.Manafov nüfuzundan istifadə edərək rayonda bir sıra başqa məmurları da himayə edir və bunun qarşılığı olaraq öz biznes imperiyasını daha da genişləndirir.

Redaksiyamıza daxil olan başqa məlumatlarda isə Neftçala rayon Maliyyə İdarəsinin maxinasiyalarından bəhs olunur. Həmin məqamlarla bağlı bəzi dəqiqləşdirmələr apararaq onları da təqdim etməyə çalışacağıq.

Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.

 

Gunxeber.com

XƏBƏR LENTİ

Copyright © 2017 Gunxeber.com