Nəsimi İH başçısı “Bakı Tikiş Evi” ATSC kollektivi ilə görüşüb

ness2Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev ölkədə sahibkarlığın inkişaf etdirilməsi, əhalinin məşğulluq səviyyəsinin artırılması, yeni iş yerlərinin açılması ilə bağlı tapşırıqlarının icra edilməsi məqsədi ilə Nəsimi rayon İcra Hakimiyyətinin Başçısı Asif Əsgərov və RİH Aparatının məsul işçiləri “Bakı Tikiş Evi” ATSC-də olaraq, yeni açılmış iş yerləri və burada çalışan işçilərin iş şəraiti ilə yaxından tanış olub

“Bakı Tikiş Evi” ATSC-nin sədri Fidail Rəhimov fabrikin 1936-cı ildən fəaliyyət göstərdiyini və bu il fabrikin yaradılmasının 80 illik yubileyinin qeyd olunduğunu, kollektivin böyük tarixi göstəricilərə malik olduğunu bildirmişdir. Müəssisə II Dünya Müharibəsi dövründə, Sovetlər dönəmində ölkənin qabaqcıl müəssisələrindən biri olaraq fəaliyyət göstərmiş.
 Respublikamızın müstəqillik dövründə iri sənaye müəssisəsi kimi ölkə əhalisi üçün geyim məhsulları ilə təmin etmişdir. Son illərdə müasir və keyfiyyətli məktəbli formaları istehsal edilmişdir. Burada 800 nəfərin iş ilə təmin olunduğu qeyd edilmişdir. Hal-hazırda yeni istehsalat emalatxanaların tikinti quraşdırma işləri aparılır. Bu isə gələcəkdə yeni iş yerlərinin açılması deməkdir.
Kollektivin üzvləri ölkə başçısının insanların rifahının yüksəldilməsinə, yeni iş yerlərinin açılmasına, əmək haqlarının artırılmasına yönəlmiş səylərinə görə dərin minnətdarlıqlarını bildirmiş və ölkəmizin daha da çiçəklənməsi yolunda Möhtərəm Prezidentə dəstək olduqlarını vurğulamışlar.

XƏBƏR LENTİ

Copyright © 2017 Gunxeber.com