Nəsibə Zeynalovanın yubileyi qeyd olunacaq

99875_2mdtfdcg8w

 

Mərhum xalq artisti Nəsibə Zeynalovanın anadan olmasının 100 ili tamam olur.

Axşam.az-ın məlumatına görə, aktrisanın yubileyi Dövlət Musiqili Teatrda keçiriləcək. 

Teatrın mətbuat xidmətindən bildirilib ki, tədbirin rejissoru Cavid İmamverdiyevdir. Yubiley gecəsində N.Zeynalovanın yaxınları, sənət dostları, vaxti ilə onunla birlikdə çalışmış həmkarları – xalq artistləri İlham Namiq Kamal, Fatma Mahmudova, əməkdar artistlər Novruz Qartal, Çingiz Əhmədov, Ələkbər Əliyev və başqaları iştirak edəcəklər.

Tədbir noyabrın 24-də keçiriləcək. Yubiley çərçivəsində Dövlət Teatr Muzeyi tərəfindən hazırlanmış N.Zeynalovanın yaradıcılıq yolunu əhatə edən səyyar sərgi olacaq. 

 

Gunxeber.com

XƏBƏR LENTİ

Copyright © 2017 Gunxeber.com