Nəqliyyat Naziliyində FETÖ şəbəkəsi; Musa Pənahovun Fətullah Gülənlə əlaqələri

1481774812_0001

 

Türkiyədə dövlət çevrilişə cəhd etmiş fətullahçı terror təşkilatı FETÖ-nün Azərbaycandakı şəbəkəsi fəaliyyətini davam etdirməkdədir.

Maraqlıdır ki, Türkiyədə yaşanan mlum olaylardan sonra Azərbaycanda Fətullah Gülənə bağlı bir neçə məktəb, hazırlıq kursu və bir universitet (“Qafqaz”) bağlanılsa da, əməliyyatlar yüksək vəzifədə olan şəxsləri əhatə etmədi. Halbuki müəyyən dönəmlərdə mediada irəli sürülən iddialar və Türkiyədən rəsmi dairələrin Bakıya göndərildiyi deyilən sənədlər əsasında siyasi idarəetmə sistemindəki fətullahçılara qarşı əməliyyatların başlayacağı gözlənilirdi. İddia olundu ki, Milli Məclisin 40-a yaxın deputatı FETÖ ilə əlaqəsi var. Türkiyə Baş Prokurorluğundan Bakıya göndərilmiş məxfi doseydə isə FETÖ-nün gizli formada fəaliyyət göstərən 28 təşkilatının olduğu bildirilirdi. Nəzərə alasaq ki, Fətullah Gülənin başçılıq etdiyi şəbəkə son 22 ildə Azərbaycanda fəaliyyət göstərir, demək ki, bu qurumun şaxələndiyi sahələr də genişdir. Ölkənin siyasi, iqtisadi, təhsil, mədəni və digər sektorlarında gizli fəaliyyət göstərdiyi heç kəsə sirr deyil. Gizlilik və məxfilik FETÖ-nün profilinə də uyğundur. Təsadüf deyil ki, Türkiyədə fəaliyyət göstərən və türk kəşfiyyatına yaxın olan KİV-lər Azərbaycanı “FETÖ-nün qalası” adlandırırlar. Lakin bu sirrin üstünün açılmaması isə başqa ehtimalları yaradır. Ya FETÖ yüksək səviyyədə müdafiə olunur, ya da ümumiyyətlə deyildiyi qədər təşkilatın Azərbaycanda güclü şəbəkələşməsi yoxdur.

Azərbaycanda FETÖ-nun ən çox şəbəkələşdiyi qurumlardan biri də Nəqliyyat Nazirliyidir. Zaman-zaman mediada nəqliyyat naziri Ziya Məmmədovun oğlu Anar Məmmədovun da adı Gülən şəbəkəsi ilə hallandırılıb. AZToday.az-ın apardığı araşdırmalardan məlum olub ki, Nəqliyyat Nazirliyində FETÖ şəbəkəsino nazir müavini Musa Pənahov kurasiya edir. Musa Pənahovun nurçu olması ilə bağlı mediada məlumatlar var. Həmin məlumatlarda bildirilir ki, Türkiyədən Bakıya göndərilən siyahıda Musa Pənahovun da adı var:

“Pənahovun ölkədən qaçmağa hazırlaşmasının digər səbəbi onun adının Ərdoğan tərəfindən İlham Əliyevə təqdim olunan nurçu siyahısında ilk yerdə gəlməsidir.

O zaman hökumətdən mərhəmət diləyib bağışlanmasını istəyən, tövbə edən Pənahov istənilən vaxt nurçu keçmişinin xatırladılacağını, buna görə həbs olunacağını gözünün altına alıb.

Nurçuların “Hizmət” təşkilatının Azərbaycandakı əsas “hizmətçisi” yaxın aylarda ölkəni tərk etmək üçün gizli əməliyyata başlayıb. Oliqarx-məmur bütün addımlarını ehtiyatla və yalnız yaxın çevrəsi ilə məsləhətləşib atır. Artıq Pənahovun yüz milyonlarla ölçülən sərvətinin böyük hissəsi Azərbaycandan çıxararaq və xaricdəki biznesinə yatırıb”

Müxtəlif mənbələrdən aldığımız məlumatlarda Musa Pənahov səlahiyyətlərindən istifadə edərək Gulən şəbəkəsi ilə bağlı olan şəxsləri nəqliyyat sisteminə yerləşdirdiyi əksini tapıb. Həmçinin məlumatlarda FETÖ ilə əlaqəsi olan iş adamlarına da nəqliyyat sistemində həmişə “yaşıl işıq” olub. Ən başlıcası isə Musa Pənahovun FETÖ-ya birbaşa və dolayısı ilə dəstək verən media qurumlarının da maliyyələşdirdiyi bildirilir.

Araşdırmalar zamanı məlum oldu ki, Anar Məmmədov tərəfindən 2011-ci ilin mayında Vaşinqtonda təsis edilmiş Azərbaycan Amerika Alyansının da idarəçiliyi FETÖ-çular edib. Bütün bunları təşkil edən isə təbii ki Musa Pənahov olub. Nəqliyyat naziri Ziya Məmmədovdan özü üçün qalxan kimi istifadə edən Musa Pənahovun fəaliyyəti indiyə kimi böyük əksəriyyətinin diqqətini cəlb etməyib. Amma məlumatlardan görünür ki, Musa Pənahov Azərbaycanın ən varlı məmurlarından biridir.

Musa Pənahovun nəqliyyat sistemində yol verdiyi korrupsiya layihələrindən, biznesindən, Nəqliyyat Nazirliyində qurduğu FETÖ şəbəkəsi və FETÖ ilə əlaqələri barədə detallı məlumatlar verməyə çalışacağıq.

Qarşı tərəfin də mövqeyini işıqlandırmağa hazırıq.

 

Gunxeber.com

XƏBƏR LENTİ

Copyright © 2017 Gunxeber.com