Müəllimin ləhcə ilə danışırsa… (VİDEO)

92279Müəllim şagirdlərlə ədəbi dildə danışmalıdır

Müəllimlər işə qəbul olarkən onların dialektinin düzgün olması vacibdir.

ANS TV-nin məlumatına görə, müəllim bütün cəhətləri ilə şagirdlərə nümunədir. Xüsusilə də onun nitqi aydın, səlis və anlaşıqlı olmalıdır. Təəssüf ki, bəzi müəllimlərin nitqində ciddi qüsurlar müşahidə olunur. Hətta aid olduğu bölgənin ləhcəsi ilə danışanlar da az deyil. Bəs görəsən, müəllimlərin işə qəbulu zamanı onların nitq qabiliyyətinə diqqət edilirmi?

Məsələ ilə bağlı Təhsil Nazirliyinə müraciət etdik. Təhsil Nazirliyinin İnsan Resursları Şöbəsinin müdir müavini İlham Nağıyevin sözlərinə görə müəllim işləmək arzusunda olanlar Təhsil Nazirliyinin nəzdində təşkil olunmuş komissiyada imtahan verirlər və bu zaman onların nitq qabiliyyəti də nəzərə alınır. Nitq qüsuru olan adamın və ya şəxsi keyfiyyətləri imkan verməyən şəxslər işə qəbul edilmir. 

189 – 190 saylı tam orta məktəbin direktoru Ceyran Quliyevanın fikrincə məktəbdə fəaliyyət göstərən müəllimlərin nitq qabiliyyətinə xüsusi diqqət edilməli, nöqsanların aradan qaldırılması üçün müəllimə göstəriş verilməlidir. 

Əvvəllər müəllimlərin işə qəbulu rayon təhsil şöbələri, müəyyən dövrlərdə nazirlik və ya məktəblər tərəfindən həyata keçirilib. Müəllimlərin son 3 ildə işə qəbulunun respublika səviyyəsində keçirilməsi bu peşəyə qoyulan tələblərin bir qədər də ciddiləşməsinə zəmin yaratdı. Bu sistem özlüyündə həm də müəllimlərin nitq qabiliyyətinə diqqət yetirməyi nəzərdə tutur. Çünki müəllim şagirdlərlə ədəbi dildə danışmalı, heç bir ləhcədən istifadə etməməlidir. Əks halda müəllimin qüsurlu nitqi uşağın da diksiyasında özünü mütləq şəkildə büruza verəcək.

XƏBƏR LENTİ

Copyright © 2017 Gunxeber.com