“MTN işi”ndə sürpriz isim – Eldar Mahmudovun çirkli pullarını kim yuyub?

isin

 

“MTN çetesi”nin ifşasından sonra demək olar ki, hər gün dövlət içində ağır cinayətlər törədən bu qlobal şəbəkənin cinayət əməllərinin yeni detalları ortaya çıxmaqdadır

Sabiq nazir Eldar Mahmudovun rəhbərlik etdiyi bu qlobal şəbəkə demək olar ki, bütün sahələri öz nəzarəti altına ala bilib və hər bir sahədə ağır cinayətlərə imza atılıb.

İşin ən acınacaqlı tərəfi isə odur ki, bu çox saylı ağır cinayətləri dövlətin və millətin təhlükəsizliynə görə məsuliyyət daşıyan yüksək vəzifəli şəxslər törədiblər.

AzToday.az-a daxil olan məlumata görə MTN rəhbərliyinin uzun illər məşğul olduğu işlərdən biri İran neftinin qanunsuz yolla bazara çıxarılması olub. Eldar Mahmudov və şəbəkəsi bu “alverdən” külli miqdarda gəlir də əldə etdiyi bildirilir. Qeyd edək ki, ABŞ və Qərb dövlətləri uxun illər boyu İrana qarşı isanksiyalar tətbiq edib. Bu sankssiyaların bir qismi, o cümlədən İran neftinin Qərb dövlətlərinin nüfuzu altında olan ölkələrə neft satışını qadağan edən sanksiylar bu ilin əvvəlində ortadan qalxıb və o zaman artıq

MTN çetəsi ifşa olunaraq ləğv olunmuşdu.

İran neftini qanunsuz yolla dünya bazarına çıxaran Eldar Mahmudovun Rza Zərrabın və Babək Zəncani şəbəkəsi ilə də əlaqəli çalışması ilə bağlı məlumatlar var. Bu barədə AzToday.az-ı məlumatlandıran mənbə bildirir ki, Eldar Mahmudovun iranlılarla digər ortaq işlərindən biri də çirkli pulların yuyulması məsələsi olub.

Çirkli pulların yuyulması məsələsi birbaşa Eldar Mahmudovun şəxsi nəzarətində olub və bu işlə bir çoxları üçün sürpriz bir şəxs olan məşğul olub. Mənbənin saytımıza verdiyi məlumatda bu şəxsin Səbail rayon İcra Hakimiyyətinin keçmiş başçısı Rüstəm Məmmədov olduğu bildirilir. Qeyd olunur ki, birbaşa Eldar Mahmudovun nəzarəti altında Rüstəm Məmmmədov yüz milyonlarla dollar vəsaiti “yuyub”. Bəzi texniki məsələlərdə isə ona hazırda məkəməsi gedən general Akif Çovdarov məşğul olub.

Mənbənin verdiyi məlumata görə Beynəlxalq bankın keçmiş rəhbəri Cahangir Hacıyevlə sıx əlaqələri olan Rüstəm Məmmədov MTN çetesi ilə də bu xətt vasitəsiylə tanış olub. Elə çirkli pulların yuyulması işinə Rüstəm Məmmədovun gətirilməsi təklifini Cahangir Hacıyev irəli sürüb. Bir aylıq araşdırmadan sonra MTN rəhbərliyi Rüstəm Məmmədovla iş qurmağın mümkünlüyünü qəbul ediblər. Rüstəm Məmmədova eyni zamanda İran əlaqələrindən istifadə edərək neft biznesinə başlamağı tövsiyyə ediblər.
Mənbə qeyd edir ki, Rüstəm Məmmədov qarşısına qoyulan vəzifənin öhdəsindən uğurla gəlib. Səbailin keçmiş başçısı çirkli pulların yuyulması İranda biznes şəbəkəsi qurub. Və bu biznesi genişləndirmək üçün ona pul lazım olanda, məhz Beynəlxalq Bankdan ona milyonlarla dollar həcmində kredit ayrılıb. Mənbə bu kreditlərin ayrı-ayrı adamların adına verildiyini bildirərək qeyd edib ki, həmin kreditlər hələ də geri qaytarlımayıb və krediti alan şəxslər ölkəni çoxdan tərk ediblər.

Beynəlxalq Bankdan milyonlarla dollar həcmində kredit alan Rüstəm Məmmədov isə İrandakı biznes şəbəkəsini daha genişləndirib və onun biznes şəbəkəsi nə qədər artıbsa, çirkli pulların yuyulması prosesi də o qədər də aktivləşdirilib.

Mənbənin dediyinə görə Rüstəm Əliyev dəfələrlə Badamdar qəsəbəsində Akif Çovdarovla və Eldar Mahmudovun bağ evində nazirin özüylə görüşərək hesabatlar verib və gördüyü işlərlə şeflərini tam razı sala bilib. Hər zaman ehtiyatlı tərpənməyi bacaran Rüstəm Əliyev MTN rəhbərliyinin həbsindən sonra bir müddət Azərbaycandan kənarda olub və MTN-lə əlaqəli biznes əlaqələrini ört-basdır edəndən sonra yenidən Bakıya qayıdıb.

Amma bu məsələnin sadəcə görünən tərəfidir. Mənbə bunu da bildirir ki, Eldar Mahmudovla xoş əlaqələr qura bilən Rüstəm Əliyev Akif Çovdarovla heç də hər zaman normal əlaqə qura bilməyib və dəfələrlə Akif Çovdarova əlavə pul və torpaq sahələri verməyə məcbur olub.

Qarşı tərəfin mövşyeini dərc etməyə hazırıq./Aztoday.az/

 

Gunxeber.com

XƏBƏR LENTİ

Copyright © 2017 Gunxeber.com