Modelin intihar səbəbi şok yaratdı – FOTOLAR

313169Latviyalı fotomodel Laura Paxomova İngiltərənin Mançester şəhərindəki “Light Boutique Aparthotel” otelinin pəncərəsindən atılaraq intihar edib.
Polisdən verilən məlumata görə, 23 yaşlı modelin intiharının səbəbi onun sabiq məşuqunun Lauranın qohumlarına qadının fahişəliklə məşğul olmasından danışması olub.
İntihardan əvvəl Laura ailə üzvlərinin hamısına ayrı-ayrılıqda məktub yazaraq ağlını itirdiyini bildirib.
Polis əməkdaşları Lauranın qaldığı otelin nömrəsində divarlar, güzgülər və mebeldə boya, habelə dodaq boyası ilə yazılmış çoxlu yazılar aşkarlayıblar.
Bu yazılarında Laura sabiq məşuqu Martin Raylini suçlayıb.
Laura ailə üzvlərinə yolladığı məktubda yazıb: “Lütfən, bağışlayın. Sizi çox sevirəm. Ağlımı itirmişəm. İndi mənim üçün artıq heç nə edə bilməzsiniz. Həddən ziyadə səhvlərə yol vermişəm. Amma hər şey yaxşı olacaq – vəd edirəm. Qorxurdum, lakin indi qorxmuram. Bu, mənim günahımdır. Ruhumu və vücudumu artıq heç nə xilas edə bilməz. Özünüzdən muğayat olun”.
Lauranın sabiq məşuqu Martin Rayli polisdə verdiyi ifadəsində deyib: “Onun fahişəliklə məşğul olması barədə qohumlarına danışdım ki, bu bəlanın qarşısını alsınlar”.
Bir neçə il əvvəl Martin Rayli digər qadınla tanış olmuş, o qadınla münasibətləri kəsiləndə isə intiqam almaq fikrinə düşmüşdü. Rayli bu qadının fahişəliklə məşğul olmasını sabiq sevgilisinin ailəsinə xəbər vermişdi.
Dünən Mançester Kral Məhkəməsinin qərarı ilə Martin Rayli azadlığa buraxılıb.
Məhkəmənin hökmündə deyilir: “Laura Paxomovanın intihar vəziyyətinə çatdırılmasında Martin Raylinin günahı olsa da, onun əməlləri cinayət deyil. Raylinin cəzasını onun vicdanının öhdəsinə buraxırıq”.
Milli.Az

Böyütmək üçün şəkillərə klikləyin.

XƏBƏR LENTİ

Copyright © 2017 Gunxeber.com