Masallıda orta məktəb şagirdi idman zalında ağır xəsarət alıb

176174_res_01

 

Masallı rayonunda orta məktəb şagirdi idman edən zaman ağır xəsarət alıb.

Hadisə bu gün günorta saatlarında Digah kənd orta məktəbində qeydə alınıb.

Məktəbin şagirdi, 2001-ci il təvəllüdlü Fərmanov Əkbər Elman oğlu idman zalında idman edərkən yıxılıb.

Xəsarət alan şagird Masallı Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb. Ona qapalı kəllə-beyin travması diaqnozu qoyulub.

Vəziyyətinin ağır olduğu bildirilir. (APA)

 

Gunxeber.com

XƏBƏR LENTİ

Copyright © 2017 Gunxeber.com