Maliyyə Nazirliyi banklardan və şirkətlərdən 421 milyon manat borc alıb

ministry_of_finances_310810-300x225

2016-cı il ərzində Bakı Fond Birjasında Maliyyə Nazirliyinin istiqrazları üzrə bağlanmış əqdlərin məbləği 567 milyon 402 min 695.1 manat təşkil edib.

“Marja” Bakı Fond Birjasına istinadən xəbər verir ki, ötən il ilkin bazarda 421 milyon 490 min 192.42 min manatlıq istiqraz yerləşdirilib (2015-də yerləşdirmə olmamışdı). Maliyyə Nazirliyinin istiqrazlarının təkrar bazarı üzrə əqdlərin məbləği isə 145 milyon 912 min 502.72 manat təşkil edib.
Maliyyə nazirliyinin istiqrazlarının əsas alıcıları banklar və sığorta şirkətləridir.
Ötən il Mərkəzi Bankın notları üzrə 268 milyon 755 min 366.85 manatlıq əqd qeydə alınıb.

Bazarın sektoru Dövriyyə (azn), 2016 Dövriyyə (azn), 2015
Əqdlərin həcmi, AZN Əqdlərin sayı Əqdlərin həcmi, AZN Əqdlərin sayı
I. Dövlət Qiymətli Kağızlar bazarı   836,158,061.99 282 20,793,458.90 17
MN Dövlət İstiqrazları   567402695.1 261 20,793,458.90 17
Dİ yerləşdirmə    421,490,192.42                           207 0 0
Dİ təkrar                    145,912,502.72                             54 20,793,458.90 17
AMB Notları   268755366.9 21 0 0
NOT yerləşdirmə               268,755,366.85                             21 0 0
NOT təkrar                                     -                              - 0

XƏBƏR LENTİ

Copyright © 2017 Gunxeber.com