Malayziya təyyarəsi belə qəzaya uğradı – VİDEO

1420134387İndoneziya rəsmiləri radar məlumatlarına əsaslanaraq qəzaya uğrayan Malayziya təyyarəsinin düşmə görüntülərini əks etdirən qrafik filmi hazırlayıblar.
Axar.az xəbər verir ki, hazırlanan filmdə təyyarənin radardan itmədən öncə pilotun pis hava şəraitinə görə yüksəkliyi 12 min 600 metrə qaldırmaq üçün icazə istədiyi qeyd olunub.
Təyyarə bu məsafəyə qalxdıqdan 2 dəqiqə sonra isə pilotla əlaqə kəsilib.
Aviasiya mütəxəssisləri pilotun sürəti azaltmadan təyyarəni yüksəkliyə qaldırdığını, bunun da mühərrikin dayanmasına səbəb ola biləcəyini açıqlayıblar.
Xatırladaq ki, dekabrın 28-də İndoneziyadan Sinqapura gedən Malayziyanın “Air Asia” şirkətinə məxsus təyyarə qəzaya uğrayıb. Qəza nəticəsində 162 adam həlak olub.

 

- See more at: http://axar.az/news/39323#sthash.Q866eAJv.LLptjKLV.dpuf

XƏBƏR LENTİ

Copyright © 2017 Gunxeber.com