Mahaçqalanın “Anji” klubuna erməni baş məşqçi təyin olundu

175566_res_01

 

O qədər də yaxşı olmayan günlərini yaşayan Mahaçqalanın “Anji” futbol klubuna yeni baş məşqçi təyin olunub. Bu, 50 yaşlı Aleksandr Qriqoryandır.

Virtualaz.org bildirir ki, bu barədə Dağıstan klubunun mətbuat xidməti məlumat verib.

Çexiyalı mütəxəssis Pavel Vrba komandanı dekabrın 30-da tərk edib. Bundan əlavə, “Anji” maliyyə çətinlikləri üzündən aparıcı futbolçularını satışa çıxarıb. Klubun rəhbərliyi də dəyişib. Milyarder Süleyman Kərimovu Osman Kadiyev əvəzləyib.

Qriqoryan bundan əvvəl Rusiya futbolunun gücünə görə ikinci divizionunda çıxış edən SKA (Xabarovsk) klubuna başçılıq edib.

 

Gunxeber.com

XƏBƏR LENTİ

Copyright © 2017 Gunxeber.com