Məşhurlar Obamanı belə yola saldı: “Siz kişilər arasında…”

106777_bzjcfy0jr8

Keçdiyimiz günlərdə Barak Obama prezident olaraq son çıxışını edib.

Axşam.az-ın xarici KİV-ə istinadən məlumatına görə, məşhurlar həmin nitqdən sonra sosial şəbəkələrdə eks-prezidentə olan sevgilərini belə ifadə ediblər.

Madonna: “Yaxşı yol, cənab prezident. Sizin kimisi bir daha gəlməz. Siz kişilər arasında kralsınız”.

Cennifer Hadson: “İnanılmaz liderliyi üçün Baraka təşəkkürlər. İlk afro-amerikalı şəxsin prezidentliyinə şahid olmaq bir xəyaldan daha artıqdır. Bir ömür boyu fürsətləriniz üçün təşəkkür edirəm”.

Keti Perri: “Liderliyinizdəki inanılmaz idarəçiliyiniz və bizə göstərdiyiniz örnək üçün təşəkkürlər. Fədakarlıq və vətənsevərliyiniz hər kəsə nümunədir, bunun üçün sizi təbrik edirəm”.

Nial Horan: “Obamalar üçün darıxacağıq. Onlar dünyadakı ən gözəl ailədir. Onun nitqinin bitməsini istəmirəm”.

Vupi Qoldberq (əsl adı Kern Elayn Consn): “Gerçək bir zəfər qalası. Prezident və xanımı nə zaman “Ağ ev”i tərk etsələr, ümidin əmanətçiləri bizlər olacağıq”.

Aşer

Şeron Stoun

 

Gunxeber.com

XƏBƏR LENTİ

Copyright © 2017 Gunxeber.com