Məkkədə şeytana daş yerine iPhone atdı

82043Builki Həcc ziyarəti zamanı çox maraqlı bir hadisə baş verib. 

Virtualaz.org saytı xəbər verir ki, Məkkədə Həcc ziyarətində şeytanı daşlama zamanı zəvvarlardan bir neçəsi bu anları telefonla lentə almağa başlayıb.

Bu zaman zəvvarlardan biri əsəblərini cilovlaya bilməyib. Əsəbi zəvvar çəkiliş aparan hacılardan birinin iPhone markalı telefonunu əlindən alaraq daş atılan yerə, şeytana tərəf atıb. Digər hacılardan biri də bu maraqlı hadisəni öz telefonunun yaddaşına həkk edib.

Qeyd edək ki, şeytanı daşlamaq Həcc ziyarətinə gedənlərin yerinə yetirdiyi dini ayinlərdən biridir. Xatırladaq ki, bu il Səudiyyə Ərəbistanı Krallığı Həcc ziyarətinə yollananlara video, foto çəkilişlər və audio yazılışlar aparmağı qadağan edib.

Şərh Yaz

XƏBƏR LENTİ

Copyright © 2017 Gunxeber.com