Leyla Əliyevanın qızı Əminə (FOTO)

Dövlət başçısının qızının əkizlərinin yanındakı qız uşağı kimdir?

images

 Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva yeni foto paylaşıb. ANS PRESS-in məlumatına görə, onun adına olan İnstagram səhifəsində paylaşılan fotoda dövlət başçısının böyük qızı L.Əliyevanın əkiz oğlanları Əli və Mİkayılla yanaşı bir qız uşağı da var.

Azyaşlı qızın Leyla xanımın bir müddət öncə uşaq evindən övladlıga göturdüyü  Əminə olduğu ehtimal edilir.

İçərişəhərdə çəkilən şəkilə heç bir şərh verilməsə də, izləyicilər bu qızın övladlığa götürülən həmin uşaq olduğunu zənn edir.


Leyla Əliyevanın əkizləri Mikayıl və Əli övladlığa götürülmüş balaca qızla

Heydər Əliyev Fondunun icraçı direktoru Anar Ələkbərov bir neçə gün əvvəl müsahibəsində Fondun vitse-prezidenti Leyla Əliyevanın övladlığa götürdüyünü açıqlamışdı:

“Leyla Əliyeva uşaq evində valideyn himayəsindən məhrum olan bir körpə qıza ürəkdən bağlanıb və həmin körpəni övladlığa götürüb. Leyla xanım artıq bu gün yalnız iki əkiz oğlanların deyil, eyni zamanda bir qız anasıdır. Bu gün Leyla xanımla kiçik Əminə arasındakı isti, doğma münasibəti, onların bir-birinə olan məhəbbətini, bağlılığını görüb sevinməmək mümkün deyil. Və bütün ailələrə valideyn ilə övlad arasında belə məhəbbətin və gözəl münasibətin olmasını arzu edirəm”.


Leyla Əliyeva valideyn himayəsindən məhrum olmuş uşaqların əhatəsində

XƏBƏR LENTİ

Copyright © 2017 Gunxeber.com