Lənkəran Dövlət Universitetində “2017 bazarlığı” – Yeni detallar

1484079418_8

 

Lənkəran Dövlət Universitetində də yenə yeni il bazarlığı gedir.

Tələbələrin Politika.az-a verdiyi xəbərə görə, qış semestri ərəfəsində canlanma müşahidə olunur. 

Artıq qış mövsümü açıq elan olunub. Media yazır ki, bu haqq-hesabın ödənilməsində nə rektor, nə dekanlar iştirak edir. 

Müəllimləri bu işə səfərbər edən LDU rəhbərliyi yekunda onların tələbələrdən topladığı rüşvətin paket şəklində böyük bir faizini tələb edir. 

 Lənkəran Dövlət Universitetində təhsilin inkişafı üçün heç bir iş görülmür. Burada yalnız rüşvət yığmağın qaydaları öyrədilir.

Təsadüfi deyil ki, Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev müşavirələrin birində ölkədə savadlı kadrların çatışmazlığından danışmış, tənqidi fikirlər səsləndirmişdi. 

Məhz LDU da kadr yetişdirə bilmir. Burada artıq təhsil deyilən bir anlayış qalmayıb. Universitetin yüksək amallara xidmət etməsini missiyasını rektorluq öz aciq qazancına və mənfəətinə dəyişib! 

Qapılarını rektor tələbələrə o qədər möhkəm bağlayıb ki, təhsilə nifrət hissi yaratdığını, tələbələrin qürurunu-şərəfini göndərdiyi müəlimlərin necə alçaltdıqlarından da xəbəri olmur. Tələbələrdən alınması üçün müəyyən olunmuş pulun miqdarı (bu rəqəm fakultədən-fakultəyə dəyişir)

3 qiyməti – 40Azn (30 Azn)
4 qiyməti – 50Azn (40 Azn)
5 qiyməti – Qrup nümayəndəsi və “DayDay”ı olanlar…

Müəllimlərdən soruşanda nəyə görə qiymətlər bahadır, cavab o olur ki, “Siz gələcəkdə pul çox görəcəksiniz”… 

Burada pul verməyənlərə qarşı münasibət çox təzadlıdır. 3-4 % tələbə xaricində bütün tələbələrdən məcburi pul yığılır. 

Elə tələbə də var ki, semestr ərzində 1 və ya 2 imtahana pul vermir, qalanlarına verir. O da qalır müəllimin insafına. Böyük ehtimalla (80%) kəsilir.
Pulun yığılması az qala bütün tələbələrə diktə olunub və qəbul etdirilib. Pul qrup nümayəndələrinə yığdırılır. 

İmtahan olan günü imtahan keçirilən imtahan zalının qabağında hamı əlində pulla qrup nümayəndəsini axtarır. Hər qrup bir kənara çəkilib pulu verirlər. Sonra isə imtahan başlamamış pul və adlar qeyd olunmuş siyahı həmin müəllimə çatır.

 

Gunxeber.com

XƏBƏR LENTİ

Copyright © 2017 Gunxeber.com