Kreml rəsmən “ikinci Qarabağ” yaratdı

1414759736“Rusiya-Ukrayna və Rusiya-Qərb münasibətləri gərginləşməkdə davam edəcək”.

 Axar.az xəbər verir ki, bu açıqlama ilə politoloq Elxan Şahinoğlu öz Feysbuk səhifəsində çıxış edib.

O, Kremlin seçkilərdən sonra Donetsk və Luqanskla yeni sazişlər imzalayacağını bildirib:

“Kreml bu gün Ukraynada “ikinci Qarabağı” rəsmiləşdirdi. Kreml sabah üçün Donetskdə və Luqanskda “seçkinin” nəticələrini tanıyacaq. Bunun ardınca Kreml “yeni dövlətlə” təhlükəsizlik və iqtisadi sazişlər imzalayacaq. Bundan sonra isə Kreml Donbasda silahlı qüvvələrini leqal şəkildə yerləşdirəcək. Beləliklə, Rusiya-Ukrayna və Rusiya-Qərb münasibətləri gərginləşməkdə davam edəcək”.

 

Copyright © 2017 Gunxeber.com