İstehlakçılar “Anchor”-dan niyə şikayətçi düşüblər – ŞİKAYƏT ZƏNGİ

29749-300x170GUNXEBER.COM xəbər verir ki, bir neçə gün əvvəl aktual.az-da “Anchor” yağları ilə bağlı tənqidi məqalə dərc olunduqdan sonra bir nəfər redaksiyamıza zəng edərək adıçəkilən şirkətdən şikayətçi olduğunu bildirib.

Samir Məmmədov 2011-ci ildə bir müddət “Delta Qrup” şirkətində işlədiyini və “Anchor” məhsullarının mağazalara çatdırılması ilə məşğul olduğunu deyib. Onun sözlərinə görə, şirkət tərəfindən aldadılıb, əmək haqqı isə mənimsənilib:

“2011-ci ildə 6 ay “Delta Qrup” şirkətində işləmişəm. “Anchor” yağlarını mağazalara paylayırdım. Müdiriyyətə işdən çıxmaq istədiyimi bildirdim. Bundan sonra təhkim olunduğum əraziyə yoxlama göndərdilər. İşlədiyim müddətdə bir dəfə də olsun problem yaranmayıb. Supervayzer Rəşad adlı oğlan idi. Yoxlamadan sonra məlum oldu ki, guya mən mağazadan pul alıb xərcləmişəm. Məni şərlədilər. Əlimdə olan qaimələri təqdim etdim. Kimdən pul alırdımsa, kitabda imzalatdırırdım. Mənim pulu alıb xərclədiyim iddia olunan mağazaya getdik. Satıcıya ödədiyi pulun məbləğini və imzasını göstərdim, dedi: “Bəli mənimdir, amma pulu sənə verməmişəm. Balacaboy oğlan idi”. Həmin adam da bizdə bölgə müdiridir. Deməli, pulu həmin adam alıb xərcləyib. Yoxlayan da mənə deyir ki, araşdır. Mənim iki aylıq 600 manat məbləğində maaşımı vermədilər. 2700 manat borc yazdılar. Mübahisə etdik. Əgər mənim borcum var idisə, niyə bu vaxta qədər bir adam mənə zəng edib demədi ki, gəl, pulu ödə? Çünki özlərinin quraşdırdığı bir oyun idi. Haqqımı da yedilər”.

Qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq…

XƏBƏR LENTİ

Copyright © 2017 Gunxeber.com