Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

     

“İrşad Telekom”un “faizsiz kredit” fırıldağı

Azərbaycan azsaylı ölkələrdən biridir ki, burada yalançı endirim kampaniyaları ilə hər addımbaşı rastlaşmaq olur

 

Hətta iş o yerə çatıb ki, bu işbazlar müqəddəs günlərdən də öz şəxsi mənfəətləri üçün istifadə edirlər. Heç şübhəsiz ki, tez-tez endirimləri ilə reklam olunan mağazalardan biri “İrşad Telekom”dur.
“Oktyabr ayının 15, 16, 17 günlərində Qurban Bayramı ilə əlaqədar kampaniyamızda bütün məhsullara ilkin ödənişsiz və faizsiz kredit təklif edirik!”- bu “İrşad Telekom”un son kampaniyasıdır. Amma…
 Amma gəl gör ki, bu təklifi eşidib, telefon almaq istəyənlər sürprizlə qarşılaşırlar. Faizsiz adı ilə verilən kreditli telefonlar üçün vacib şərt qoşulub: Kreditlə telefon almaq istəyənlər QIZIL ZƏMANƏT almalıdırlar. Bütün telefon mağazalarında zəmanət talonu pulsuz verilərkən, “İrşad Telekom” bu zəmanəti alınan telefonun 10 faizi məbləğinə satırlar.
 Məsələn, 299 manatlıq telefon almaq istəsəniz, aylıq 55 manat ödəməlisiniz. Bu da 6 ayda 330 manat edir. Ya da 225 manatlıq telefon aldıqda, 26 manat  artıq ödəmək məcburiyyətində qalırsan. 1000 manatlıq telefon sevdasına düşənlər isə onu 100 manat bahasına almağa məcburdurlar.
Buna etiraz etmək, zəmanətdən imtina haqqı isə tanınmır. Bu özbaşınalığa və saxtakarlığa etiraz etdikdə isə, satıcılar az qala müştərini dövüb qovurlar.
 Maraqlıdır ki, dəfələrlə İqtisadi İnkişaf Nazirliyinin qaynar xəttinə bu barədə şikayət edilsə də, “İrşad Telekom” özbaşınalığından geri qalmır.

XƏBƏR LENTİ

Copyright © 2014 Gunxeber.com