“İrşad Telecom”un “Qızıl zəmanət” saxtakarlığı – ŞİKAYƏT

30455“İrşad Telecom” müştərilərə qarşı süründürməçilik edir. Onları müxtəlif yollarla aldatmağa çalışır” 

Bunu Arqument.Az-a “Elçi” qəzetinin baş redaktoru Əli Həziquliyev deyib.

O bildirib ki, “İrşad Telecom” “Qızıl” zəmanət kartı da müştərilərdən pul qoparmağa hesablanıb: “Servisin bu xidməti başdan-ayağa dələduzluq üzərində qurlub. “İrşad Telecom”a kreditlə hər hansı bir texnika almaq üçün müraciət edən müştəriyə məcburi olaraq “Qızıl zəmanət” kartı verilir. Bu zəmanətə görə müştəri aldığı əşyanın 10 faiz dəyərində şirkətə pul verir. Tutaq ki, 1000 manatlıq əşya alan zaman bunun qızıl zəmanətə 100 manat deməkdir. Bu məbləğin kredit faizinə aidiyyatı yoxdur. Əsl oyunlar da müştərinin başına bundan sonra gətirilir. Şirkətin satdığı məhsulların keyfiyyətsizliyi ucbatından müştəri 4 ay sonra “İrşad Telecom”un servis xidmətinə müraciət etmək məcburiyyətində qalır. Bütün bu hallarla “İrşad Telecom”da qarşılaşmışam. Bu ilin iyul ayında aldığım telefonda problem yarandı və kiçik bir detal dəyilməli idi”.

Ə.Həziquliyev Arqument.Az-a “İrşad Telecom”un servis xidmətində başına gətirilən oyunlarla bağlı danışarakən onu da qeyd edib ki, problem yarananda zəmanət kartını deyil, şəxsiyyət vəsiqəsini tələb edirlər. Bu da onun göstərir ki, zəmanət kartının heç bir hüquqi əsası yoxdur:

“İrşad Telekomun” servis xidmətində məndən şəxsiyyət vəsiqəsi tələb etdilər. Məlum məsələdir ki, bu süründürməçilik üçün atılan ideal bir addımdır. Vətəndaşların əksəriyyəti üstündə şəxsiyyət vəsiqəsi gəzdirmir. Əgər zəmanət kartında bütün informasiyalar qeyd olunubsa, mənim şəxsiyyət vəsiqəm bunların nəyinə lazımdır? Bəs rayondan gələn vətəndaş nə etməlidir? Beləliklə, qanunsuz olaraq telefonumu təmir etməkdən imtina etdilər. Sonradan rəhbərliyə şikayət edəndən sonra servislə əlaqə saxlayaraq telefonu təmir etmələrini tapşırdı.

Yenidən servisə qaydıb telefonu təqdim edəndə süründürməçliyin ikinci mərhələsini işə saldılar. Bildirdilər ki, dəyişilməsi 15 dəq çəkən bir detal üçün telefon 15 gün müddətinə servisdə qalmalıdır. Mən bütün bank əməliyyatlarını telefonla həyata keçirirəm. Əlbəttə, buna razı olmadım. Təklif etdim ki, zəmanət lazım deyil, ödəniş edim təmir edin və geri qatarın. Bununla da razılaşmadılar. Keyfiyyətsiz məhsul satımaqları bir tərəfə, zəmanət adı ilə vətəndaşları aldadıb sonra da xidmət göstərmirlər. “Qızıl zəmanət” rəsmi olaraq heç bir qurumda qeydiyyata alınmayıb. Bu, “İrşad Telecom”un müştərilərdən pul qoparmaq üçün uydurduğu bir dələduzluq əməlidir”.

Şikayətçi qeyd edib ki, “İrşad Telecom”da qarşılaşdığı özbaşınalıq və süründürməçiliklə bağlı bağlı İqtisadiyyat və Sənaye Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinə də şikayət edib.

GUNXEBER.COM

XƏBƏR LENTİ

Copyright © 2017 Gunxeber.com