“İmza toplansın, Arda Turan klubdan qovulsun”- Qəzəbli “Barselona”

108000

 

Dünən İspaniya La Ligasında mövsümün ilk “El-Classiko”su keçirilib. Əbədi və əzəli rəqibi “Real Madrid”i doğma meydanda qəbul edən “Barselona” 1-1 hesablı bərabərliklə razılaşmalı olub.

Maçda hesabı 53-cü dəqiqədə Luis Suares açsa da, meydan sahibləri üstünlüklərini sona qədər qoruya bilməyib. Sonuncu dəqiqədə Madrid klubu hesabı bərabərləşdirməklə özünü sərf edən nəticə əldə edib.

Moderator.az xəbər verir ki, Kataloniya klubu və azarkeşlər rəqibin hesabı bərabərləşdirməsində əsas günahkar kimi türkiyəli futbolçu Arda Turanı görür. Klubun baş məşqçisi Luis Enrike də mətbuat konfransında Arda Turanın lazımsız yerə qayda pozduğunu və bunun komandasına baha başa gəldiyini qeyd edib.

“Barselona” azarkeşləri ilə məsələyə daha hiddətli yanaşıblar. Onların Arda Turanla bağlı səsləndirdikləri şüarlarında türkiyəli futbolçunun kluba layiq olmadığı və onun “sayəsində” xal itirdikləri qeyd olunur. Bəzi tərəfdar qrupu hətta Arda Turanın klubdan qovulması üçün imza kampaniyası keçirəcəklərini bildirib.

 

Gunxeber.com

XƏBƏR LENTİ

Copyright © 2017 Gunxeber.com