İlham Əliyev yenidən MOK prezidenti seçildi

1480591470_3b68bc6e-d2d1-4c10-9290-ea691b21f491_675ery

 

Milli Olimpiya Komitəsində (MOK) Hesabat-Seçki Konfransı keçirilib.

Apasport.az saytının məlumatına görə, Azərbaycan prezidenti İlham Əliyev yenidən MOK prezidenti seçilib.

Bunu jurnalistlərə açıqlamasında qapalı keçən iclasdan sonra gənclər və idman naziri Azad Rəhimov deyib. O bildirib ki, konfrans iştirakçıları yekdilliklə 1997-ci ildən bu vəzifədə olan İlham Əliyevə səs veriblər: “İdman ictimaiyyəti adından idmançıların əsl mənada böyük dostu, idmana dəstək olan cənab prezidenti təbrik edirik. Bu günki nailiyyətimizə təkan verən insandı”.

Qeyd edək ki, bu gün MOK-un vitse-prezidentləri, baş katibi, İcraiyyə Komitəsinin və Təftiş Komissiyasının üzvləri məlum olacaq.

 

Gunxeber.com

XƏBƏR LENTİ

Copyright © 2017 Gunxeber.com